Bakı Metropoliteni Təşkilati inkişaf şöbəsinə böyük mütəxəssis
Режим работы Полная занятость Опыт Более 5 лет Категория Дизайн
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
О должности
Vakansiyanın təsviri
- Strateji məqsədlərə uyğun təşkilati struktur, ştat cədvəli və vəzifə bölgülərinin effektivlik və idarəetmə prinsipləri əsasında dizayn edilməsi və idarə olunması;
- İş analizi metodologiyalarını tətbiq etməklə vəzifələrin məqsəd, funksiya, məsuliyyət və səlahiyyətlərinin müəyyənləşdirilməsi;
- Vəzifə təlimatlarının, vəzifə pasportlarının və digər təşkilati sənədlərin hazırlanması və yenilənməsinin təmin edilməsi;
- Dərəcələndirmə (Grading) sisteminin qurulması, vəzifələrin qiymətləndirilməsi və vəzifə səviyyələrinin formalaşdırılması;
- Səriştə pasportları və kataloqlarının hazırlanması
- Karyera xəritələrinin və karyera inkişaf çərçivələrinin hazırlanması, vəzifələrarası inkişaf yollarının müəyyənləşdirilməsi;
- İşçi qüvvəsinin planlaşdırılması və ştat ehtiyaclarının təhlilinin aparılması, resurs optimallaşdırılması üzrə təkliflərin hazırlanması;
- Struktur və ştat dəyişikliklərinin təşkilati və əməliyyat təsirlərinin qiymətləndirilməsi;
- Vəzifələr və struktur bölmələri üzrə KPI matrislərinin hazırlanması və yenilənməsinin koordinasiya edilməsi;
- Təşkilati dizayn və planlama üzrə analitik hesabatların, təqdimatların və təhlillərin hazırlanması;
- Təşkilati transformasiya və dəyişiklik layihələrinin həyata keçirilməsində iştirak etmək.
Xüsusi tələblər
- İnsan resurslarının idarə edilməsi, Menecment, Biznesin idarə edilməsi, İqtisadiyyat və ya digər əlaqəli sahələr üzrə ali təhsil;
- Təşkilati dizayn, təşkilati inkişaf, işçi qüvvəsinin planlaşdırılması və ya əlaqəli sahədə minimum 5 il iş təcrübəsi;
- Təşkilati struktur, ştat cədvəli, iş analizi, dərəcələndirmə sistemi və vəzifə arxitekturası üzrə praktiki təcrübə;
- Layihələrin idarə olunması və dəyişikliklərin idarə edilməsi üzrə biliklər üstünlük hesab olunur.
Metropoliten Sizə nə təklif edir?
- Sabit və etibarlı iş mühiti;
- Peşəkar komandada inkişaf və karyera imkanları;
- Metropolitendən ödənişsiz istifadə imkanı;
- Güzəştli nahar təminatı;
- “Metropolitan Apartments” və əməkdaşlıq etdiyimiz digər sanatoriyalarda güzəştli istirahət imkanı;
- Psixoloji dəstək xidməti.
Müraciət üçün
Vakansiya üçün Metropolitenin hr.metro.gov.az portalında qeydiyyatdan keçərək müvafiq link vasitəsilə (https://lnkd.in/dvQqCCpb) müraciətinizi tamamlaya bilərsiniz.
Müraciət üçün son tarix: 15 iyul 2026-cı il Müraciət etmək üçün: [email protected]
BM 

Bakı Metropoliteni