IBC
Ежемесячная зарплата
Зарплата по договорённости
- Категория
- Гостеприимство
О должности
Vəzifə Öhdəlikləri:
- Otelin elektrik, su, isitmə, havalandırma və kondisioner sistemlərinin gündəlik yoxlanılması və saz vəziyyətdə saxlanılması.
- Nasazlıqların operativ aşkarlanması və aradan qaldırılması.
- Qonaq otaqlarında və ümumi istifadədə olan sahələrdə texniki problemlərin (işıqlandırma, qapılar, kilidlər, mebel, santexnika və s.) təmiri.
- Profilaktik texniki xidmət planına uyğun olaraq avadanlıqların müntəzəm baxış və texniki xidmətinin həyata keçirilməsi.
- Texniki avadanlıqların təhlükəsiz istismar qaydalarına riayət edilməsi.
- Yanğın təhlükəsizliyi sistemlərinin və fövqəladə hallar avadanlıqlarının işlək vəziyyətinə nəzarət.
- Təmir zamanı istifadə olunan alət və materialların düzgün saxlanılması və uçotunun aparılması.
- Texniki nasazlıqlar və görülmüş işlər barədə rəhbərliyə hesabat təqdim edilməsi.
- Yeni avadanlıqların quraşdırılmasında və mövcud sistemlərin modernləşdirilməsində iştirak.
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitariya qaydalarına əməl edilməsi.
- Qonaqların rahatlığını təmin etmək məqsədilə texniki müraciətlərə vaxtında cavab verilməsi.
- Digər şöbələrlə (Housekeeping, Kitchen, Food & Beverage və s.) koordinasiyalı şəkildə işləmək.
Tələblər:
- Otel sektorunda 1–3 il iş təcrübəsi olan namizədlərə üstünlük verilir;
- Növbəli və çevik iş qrafikində işləmək bacarığı;
- Məsuliyyətli, dəqiq, intizamlı və işinə qarşı diqqətli olmaq;
- Komandada səmərəli işləmək və effektiv ünsiyyət qurmaq bacarığı;
- Verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək bacarığı.
İş qrafiki:
- 5 günlük iş rejimi (Növbəli iş qrafiki);
- Əmək haqqı müsahibə əsasında müəyyənləşdiriləcəkdir.
Maraqlanan namizədlərdən CV-lərini mövzu yerində uyğun vakansiyanın adını qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.