Birmarket Texniki işlər üzrə mütəxəssis
Опубликовано 16 ч. назад Источник: jobsearch.az ↗
Категория Продажи
О должности
Birmarket-in anbar, HUB, PUDO və ofis obyektləri üzrə texniki infrastrukturun dayanıqlı və fasiləsiz fəaliyyətini təmin edən, texniki xidmət və təmir işlərini koordinasiya edən, təhlükəsizlik standartlarına riayət olunmasına nəzarət edən və əməliyyat effektivliyinin artırılmasına töhfə verən məsuliyyətli və peşəkar əməkdaş axtarışındayıq.
Tələblər
- Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi
- Microsoft Office proqramlarında çalışma bacarığı (Word, Excell, Outlook)
- Səlis Azərbaycan dili və Rus dili biliyi, İngilis dili biliyi üstünlükdür
- Nəzarət etdiyi sahə üzrə baş verən uyğunsuzluqlar barədə düzəldici və önləyici tədbirlərin alınması
- Müstəqil və qrup daxilində effektiv işləmə bacarığı
- Obyektiv düşünmək bacarığı
Öhdəliklər
- Şirkətə məxsus anbar, HUB, PUDO və ofis obyektlərində texniki vəziyyətə gündəlik nəzarətin həyata keçirilməsi
- Elektrik, işıqlandırma, su təchizatı, kanalizasiya, havalandırma, kondisioner, qapı və digər mühəndis sistemləri üzrə yaranan nasazlıqların müəyyən edilməsi və aradan qaldırılmasının təşkili
- Obyektlər üzrə texniki baxışların keçirilməsi və aşkar edilmiş problemlər üzrə tədbirlər planının hazırlanması
- Yeni obyektlərin açılışı, köçürülməsi və təchizatı zamanı texniki dəstəyin göstərilməsi
- Yanğın təhlükəsizliyi, əməyin mühafizəsi və texniki təhlükəsizlik tələblərinə riayət olunmasına nəzarət
- Elektrik, ACS (girişə nəzarət), CCTV (videomüşahidə), internet və digər zəif cərəyan sistemləri üzrə işlərin koordinasiyasında iştirak
- Texniki xidmət və təmir işləri üzrə hesabatların hazırlanması
Təklif olunanlar
- Rəqabətli əmək haqqı və bonuslar
- Yüksək təminatlı sığorta
- Dəstəkləyici mühit;
- Visa Premium əmək haqqı kartı
- Korporativ endirimlər
- Korporativ tədbirlər
- Əlavə məzuniyyət
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Birmarket