Texniki ofis mühəndisi
Опубликовано 1 дн. назад Источник ↗
Категория Инжиниринг
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
О должности
Namizədə olan tələblər:
- Mühəndislik sahəsi üzrə ali təhsil;
- Texniki şöbədə minimum 3 il iş təcrübəsi;
- İş üçün müvafiq kompüter proqramlarını bilməli (Word, Excel, Primavera);
- Tikinti işlərinin aparılmasına dair metodik və normativ sənədləri və həmçinin tikinti istehsalının texnologiya və təşkilini və sahədə işin planlaşdırılması prinsiplərini bilməli;
- Tikinti-quraşdırma işlərinin istehsalı və təhvil olunmasına dair texniki reqlamentlər, tikinti norma və qaydalarını və texniki şərtləri bilməli;
- Tikinti sahəsi üzrə normativ sənədlər və texnologiyalar üzrə müvafiq biliklərə malik olmaq;
- Dil bilikləri: Azərbaycan və rus dilləri (yazılı və şifahi sərbəst ünsiyyət), İngilis dili (üstünlükdür);
- Yaxşı ünsiyyət qura bilmək bacarığı,analitik qabiliyyət;
- Müstəqil iş bacarığı,işində məsuliyyətlilik.
Vəzifə öhdəlikləri:
- Tikinti işlərinin aparılmasında texnoloji ardıcıllığa riayət olunmasına və tikinti işlərinin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət edilməsi;
- Yol-inşaat materialların, konstruksiyaların və məmulatların araşdırılmasını təmin etmək;
- Tikinti sahəsi üzrə texniki sənədləşməniin əldə edilməsində iştirak etmək,obyektlərin layihələndirilməsi üçün ilkin məlumatların hazırlanması,layihələndirmə üzrə tapşırıqların tərtib edilməsi;
- Layihə sənədlərinə,tikinti norma və qaydalarına,texniki şərtlərə və başqa normativ sənədlərə əməl olunmasına nəzarət edilməsi;
- Layihə üzrə görulən işlərin iş planının hazırlanması,layihə işləri üzrə tapşırıqların icrası haqqında hesabatların tərtib edilməsi;
- Tikinti sahəsi üzrə Forma 2, Forma 3 və Forma M-29 tərtibatı;
- Tikintisi başa çatmış sahələr üzrə xərclərin silinməsi üçün mühasibatlığa lazımı sənədlərin təqdim edilməsi;
- Qiymətləndirmə üçün hesabatların aparılması;
Əmək haqqı: razılaşma yolu ilə
Qeyd: namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilər.
Эта вакансия есть и на других сайтах
Ishly собирает весь рынок в одном месте — не нужно проверять каждый сайт отдельно.
A-A 
Avro - Asiya İnşaat Korporasiyası “Evrascon” ASC
Tikinti
High quality of work performed, the world's best construction equipment, the latest achievements in the field of construction, qualified multidisciplinary staff - this is what “EVRASCON” can offer…