PI
PASHA Insurance

Texnoloji Həllər Departamentinin Rəhbəri

Опубликовано 20 ч. назад Источник: jobsearch.az ↗
Ежемесячная зарплата
Зарплата по договорённости
Откликнуться
Категория
ИТ

О должности

PAŞA Sığorta ASC namizədləri Texnoloji Həllər Departamentinin Rəhbəri vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Bu vəzifə şirkətin proqram təminatı inkişafı departamentinə rəhbərlik etmək, iki Mükəmməllik Mərkəzi və ondan çox komanda vasitəsilə mühəndislik idarəetməsini qurmaq, çatdırılma sürəti və proqnozlaşdırıla bilənliyi əhəmiyyətli dərəcədə artırmaq, riskləri və kompromisləri vaxtında rəhbərliyə çatdırmaq və təşkilatın texnoloji inkişaf vizyonunu formalaşdırmaq üçün nəzərdə tutulub.

Öhdəliklər

  • İki Mükəmməllik Mərkəzinin rəhbərləri(Heads of Centers of Excellence) və texniki liderlər vasitəsilə departamentə rəhbərlik etmək, onları inkişaf etdirmək və hesabatlılığı təmin etmək.
  • Komanda, Mərkəz(CoE) və departament səviyyəsində qərarların bölgüsünü müəyyənləşdirmək və real səlahiyyətləri nümayəndə etmək.
  • Liderlərin inkişaf səviyyəsini qiymətləndirmək, zəif liderləri gücləndirmək və güclü liderləri saxlamaq.
  • Hesabatlılıq və psixoloji təhlükəsizlik mədəniyyəti qurmaq.
  • Çatdırılma sürəti və proqnozlaşdırıla bilənliyi artırmaq üçün mühəndislik idarəetməsi, buraxılış və asılılıq idarəçiliyi, komandalararası koordinasiya proseslərini qurmaq və tətbiq etmək.
  • Layihə və arxitektura icmallarını təşkil etmək və SDLC, standartlar və idarəetmə tələblərinə uyğunluğu təmin etmək.
  • Sistem sabitliyini və sağlamlığını monitorinq vasitəsilə izləmək, əsas insidentlərə və kompleks problemlərə rəhbərlik etmək.
  • İnformasiya təhlükəsizliyi, tənzimləyici tələblər və biznesə təsir risklərini nəzərə almaq.
  • Yeni və mövcud texnologiyalar üzrə konseptlərin hazırlanmasına rəhbərlik etmək və rəhbərliyə texnoloji strategiya üzrə məsləhət vermək.
  • CIO və digər əsas maraqlı tərəflərlə biznes ehtiyaclarına uyğun effektiv kommunikasiya və hesabatlılıq təmin etmək.
  • Daxili və xarici vendor/satıcı inkişaf komandalarına rəhbərlik etmək və onların çatdırılma risklərini idarə etmək.

Bilik və Bacarıqlar

  • Bir neçə komanda üzrə texniki liderlər və menecerləri idarə etmək təcrübəsi.
  • Çatdırılma sürəti və proqnozlaşdırıla bilənliyin artırılması üzrə uğurlu nəticələrə malik olmaq.
  • SDLC, standartlar, buraxılış, asılılıq və insident idarəçiliyi, mühəndislik metrikləri üzrə güclü idarəetmə bacarıqları.
  • Konseptlərin hazırlanması və texnoloji strategiya üzrə rəhbərliyə məsləhət vermək təcrübəsi.
  • Mobil/frontend və/və ya backend üzrə güclü texniki baza.
  • İcraçı səviyyədə kommunikasiya və interpersonal bacarıqlar; C-səviyyəli rəhbərlərlə işləmək təcrübəsi.
  • Komandalararası əməkdaşlığı idarə etmək və həm Mükəmməllik Mərkəzlərini, həm də komanda/squad strukturlarını idarə etmək bacarığı.
  • Təzyiq altında nümayəndəlik və prinsipiallıq, birbaşa rəy vermək və öz uğursuzluqlarını obyektiv qiymətləndirmək bacarığı.
  • Fintech, sığorta və ya tənzimlənən mühitlərdə təcrübə və AI əsaslı inkişaf proseslərinin tətbiqi təcrübəsi üstünlükdür.
  • Dil bilikləri: Azərbaycan, İngilis

Təhsil və Təcrübə

  • Kompüter elmləri, informasiya texnologiyaları və ya əlaqəli sahədə bakalavr və ya magistr dərəcəsi.
  • Çoxsaylı komandalar və texniki liderlər vasitəsilə idarəetmə üzrə sübut olunmuş təcrübə.

Bizim Təklifimiz

  • İnnovativ və dinamik komandada əməkdaşlıq və inkişaf imkanları.
  • Peşəkar və şəffaf iş mühiti.
  • Şirkətin texnoloji inkişafına və biznes nəticələrinə real təsir imkanı.
  • Fərdi və peşəkar inkişaf üçün dəstək və resurslar.
  • “Great Place To Work” sertifikatlı şirkətdə çalışma imkanı.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Похожие вакансии

: