Texnoloji proseslərin avtomatlaşdırılması üzrə mühəndis – Sumqayıt
Опубликовано 17 ч. назад Источник ↗
Категория Инжиниринг
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
О должности
Vəzifə öhdəlikləri:
- İş növbəsi üzrə avadanlığın təhvil–təslim prosesini həyata keçirmək, istehsalın fasiləsizliyini təmin etmək;
- Şüşə butulka istehsal xəttində alçaq gərginlikli elektrik veriliş xətləri, avtomatika siqnal dövrələri və idarəetmə panellərinin diaqnostik müayinəsini aparmaq;
- Avadanlıq və elektrik sistemlərində nasazlıqları aşkar etmək, təmir işlərini həyata keçirmək və istehsalın təhlükəsizliyini təmin etmək;
- Elektrik lövhələri və bloklarda quraşdırılmış avtomatik idarəetmə və tənzimləmə avadanlıqlarını diaqnostik etmək, sazlamaq və quraşdırmaq;
- Nəzarət-ölçü cihazları və sensorların kolibrasiyasını, texniki baxışını, sazlanmasını və istismara verilməsini həyata keçirmək;
- İstehsal xətlərində preventiv baxış və rutin texniki xidmət işlərini aparmaq, vizual və funksional yoxlamalar keçirmək;
- Avadanlıqların təmizliyi, yağlanması və qorunması üzrə əməliyyat işlərini təşkil etmək;
- İstehsal prosesində yaranan qəza və texniki problemləri operativ şəkildə aradan qaldırmaq;
- Təmir və baxış işlərinin sənədləşdirilməsi, protokolların hazırlanması və istehsal rəhbərliyinə təqdim olunmasını təmin etmək;
- Yeni avadanlıqların quraşdırılması, köhnə avadanlıqların modernləşdirilməsi və istehsal prosesinin optimallaşdırılmasında iştirak etmək;
- Proseslərin avtomatlaşdırılması və optimallaşdırılması üçün təkliflər hazırlamaq və həyata keçirmək, avadanlıqların SCADA, sensor və avtomatika sistemlərinə inteqrasiyasını dəstəkləmək;
- İşçi heyətinə texniki dəstək vermək və avadanlıqların düzgün işləməsi üçün təlimatlara riayət edilməsini nəzarət etmək;
- Təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına ciddi riayət etmək, istehsalda risklərin qarşısını almaq;
- Müvafiq elektrik sxemləri və avtomatika sənədlərini oxumaq, təhlil etmək və tətbiq etmək
Tələblər:
- Müvafiq sahə üzrə texniki təhsil;
- NÖC və avtomatika sahəsində iş təcrübəsi;
- Elektrik sxemlərini oxuma bacarığı;
- Məsuliyyətlilik və komandada işləmək bacarığı.
İş şəraiti:
- İş rejimi: 08:00–17:00 (Şənbə və Bazar – istirahət günləri)
- İş yeri Sumqayıt
- Nahar əvəzi əlavə ödəniş
- Servis xidməti mövcuddur
- Əmək haqqı: namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibə zamanı müəyyən ediləcək
CV-lərinizi mövzu hissəsində “Texnoloji proseslərin avtomatlaşdırılması üzrə mühəndis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərməyiniz xahiş olunur.
G 
Glassica
Emal sənayesi
Texniki şüşə məmulatları daxil olmaqla şüşə məmulatların istehsalı və emalı.