LL Lumia LabLumia Lab

Tibb bacısı (kosmetologiya)

Bakı Опубликовано 1 дн. назад Источник
Полная занятость Менее 1 года Здравоохранение
Ежемесячная зарплата
₼600 – 700
Срок подачи
18 avqust 2026
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
Подписаться

О должности

Lumia Lab-dan vakansiya: Tibb bacısı tələb olunur

Vəzifə öhdəlikləri:
– Prosedurlardan əvvəl kabinetin, avadanlıqların və lazımi materialların hazırlanması;
– Həkimin təyinatına əsasən aparat və qulluq prosedurlarının icrası;
– Sanitariya-gigiyena qaydalarına, sterillik və klinikanın xidmət standartlarına riayət edilməsi;

Namizədlərə tələblər:
– Təhsil : Orta ixtisas
– İş təcrübəsi : Kosmetologiya sahəsində iş təcrübəsi üstünlük hesab olunur (təcrübəsi olmayan namizədlər üçün təlim keçirilir)
– Cins: Xanım namizədlər
– Yaş həddi: 22–40 arasında namizədlər
– Azərbaycan və rus dillərini sərbəst bilmək

Biz təklif edirik:
– Müasir estetik tibb klinikasında işləmək imkanı;
– Aparat kosmetologiyası üzrə ödənişsiz təlim;
– Yüksək nəticə göstərən əməkdaşlar üçün şirkətin xaricdə fəaliyyət göstərən filialına keçid imkanı (əmək haqqı və bonuslar 2 dəfə yüksək, yaşayış şirkət tərəfindən təmin olunur);

İş şəraiti:
– İş qrafiki: 6 günlük iş həftəsi
– İş vaxtı: 09.00-dan 19.30-kimi
– İş yeri: Bakı şəhəri, Abdulrəhim bəy Haqverdiyev küçəsi 70, “Elmlər Akademiyası” metrosu yaxınlığı

Əmək haqqı:
– Başlanğıc aylıq məvacib 600-700 manat təşkil edir (Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq)
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat

Müraciət üçün:
– Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Tibb bacısı” yazaraq [email protected] epoçt ünvanına ya da (099)204-02-02 whatsapp nömrəsinə göndərmələri xahiş olunur.
- Diqqət:
1. Yalnız vakansiya tələblərinə uyğun olan namizədlərə geri dönüş olunacaq
2. Yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq
3. Zəng üzərindən müraciətlər qəbul olunmur
4. Tələbələr və Part-time iş axtaranlar üçün uyğun deyil



Похожие вакансии

Смотреть все