DPC
Denk Pharma Caucasus LLC

Tibbi Nümayəndə (Kardiometabolik qrup)

Опубликовано 20 ч. назад Источник: jobsearch.az ↗
Ежемесячная зарплата
Зарплата по договорённости
Откликнуться
Категория
Здравоохранение

О должности

Denk Pharma Caucasus LLC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi kardiometabolik məhsullar qrupunun təşviqi üçün peşəkar və motivasiyalı Tibbi Nümayəndə axtarır.

Vəzifə öhdəlikləri:

  • Şirkətin kardiometabolik portfelinə aid məhsullarının həkimlər və əczaçılar arasında təqdimatı və təşviqi;
  • Hədəf auditoriya ilə müntəzəm görüşlərin keçirilməsi;
  • Məhsullar haqqında elmi və marketinq məlumatlarının təqdim edilməsi;
  • Satış hədəflərinin yerinə yetirilməsinə dəstək göstərilməsi;
  • Bazarın və rəqiblərin fəaliyyətinin izlənilməsi;
  • Hesabatların vaxtında hazırlanması və rəhbərliyə təqdim edilməsi;
  • Elmi tədbirlərdə, konfranslarda və təqdimatlarda iştirak.

Namizədə tələblər:

  • Ali və ya orta tibbi, yaxud əczaçılıq təhsili;
  • Kardiologiya və ya endokrinologiya istiqamətində fəaliyyət göstərmiş tibbi nümayəndələrə üstünlük verilir;
  • Rus və ya ingilis dili biliyi üstünlük hesab olunur;
  • Güclü ünsiyyət, təqdimat və inandırma bacarıqları;
  • Komandada işləmək və nəticəyönümlü fəaliyyət göstərmək bacarığı;
  • MS Office proqramlarında işləmək bacarığı.

Şirkət təklif edir:

  • Beynəlxalq Alman əczaçılıq şirkətində çalışma imkanı;
  • Rəqabətqabiliyyətli əməkhaqqı və bonus sistemi;
  • Peşəkar inkişaf və təlim proqramları;
  • Karyera yüksəlişi imkanları;
  • Korporativ iş mühiti və peşəkar komanda.

İş barədə məlumat

  • İş qrafiki: həftənin 5 günü;
  • İş yeri: Bakı şəhəri
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;
  • Əmək haqqından əlavə performansa əsaslanan bonus və mükafat sistemi;
  • Korporativ təlim və peşəkar inkişaf imkanları;
  • Beynəlxalq şirkətdə karyera inkişafı perspektivi.

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Tibbi Nümayəndə – Kardiometabolik qrup” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Похожие вакансии

: