Supertoys TikToker (Kontent yaradıcısı)- Kişi
О должности
Supertoys komandamıza yaradıcı, kamera qarşısında sərbəst çıxış edə bilən və TikTok platformasında aktiv kontent yarada biləcək TikToker (Kontent yaradıcısı) axtarırıq.
Vəzifə öhdəlikləri:
TikTok üçün gündəlik kontent videolarının hazırlanması və çəkilişində iştirak etmək;
Kamera qarşısında məhsulların və kampaniyaların təqdimatını etmək;
Trend olan TikTok formatlarını izləmək və uyğun kontent yaratmaq;
Kreativ video ideyalarının hazırlanmasında iştirak etmək;
Şirkət məhsullarını cəlbedici və satış yönümlü formada təqdim etmək;
TikTok canlı yayımlarında iştirak etmək və məhsul təqdimatı etmək;
Video çəkiliş prosesində komanda ilə əməkdaşlıq etmək;
Paylaşılan kontentlər üçün performansın artırılmasına dəstək vermək.
Tələblər:
Yaş: 18-28 bəylər
Kamera qarşısında sərbəst və inamlı çıxış bacarığı;
TikTok trendləri və qısa video formatları haqqında anlayış;
Kreativ düşüncə və improvizasiya bacarığı;
Aktiv, enerjili və kommunikativ olmaq;
Satış yönümlü təqdimat bacarığı;
Canlı yayımların aparılması
Azərbaycan dilində sərbəst ünsiyyət (rus dili üstünlükdür).
Üstünlükdür:
TikTok və ya Instagram Reels kontent təcrübəsi;
Portfolio
CapCut və ya digər montaj proqram biliyi;
Influencer və ya creator təcrübəsi;
Canlı yayım (TikTok Live) təcrübəsi;
Uşaq məhsulları və ya pərakəndə sahədə təcrübə.
Təklif edilən şərtlər:
İş qrafiki: Tam iş günü
AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Karyerada yüksəlmək imkanı
Əmək haqqı: 700 AZN+Bonus
Bu sahədə təcrübəsi olmayan, lakin özündə potensial və öyrənmə həvəsi görən namizədlər də müraciət edə bilərlər.
Müraciət qaydası:
Mövzu hissəsində “TikToker (Kontent yaradıcısı)” qeyd edərək şəkilli CV-nizi [email protected] ünvanına göndərin.
Əlaqə: 055-220-23-72 (whatsapp)

SuperToys.az oyuncaq mağazalar şəbəkəsi hər yaşda olan uşaqlar üçün müxtəlif cür oyuncaqlar və əyləncə vasitələrinin satışını həyata keçirir. Supertoys mağazaları 2017-ci ildən etibarən Azərbaycanda…