Blue City Yaşayış Kompleksi Topoqraf
Опубликовано 18 ч. назад Источник ↗
Категория Инжиниринг
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
О должности
İşin təsviri:
- Topoqrafiya-geodeziya işlərinin planlaşdırılması və təşkili
- Geodeziya və Mühəndislik alətlərindən istifadə etməklə xəritələrin hazrlanmasında tətbiq ediləcək nöqtələri müəyyən etmək;
- Geodeziya və Mühəndislik alətlərindən istifadə (total station və s.) etməklə xəritələrin hazrlanmasında tətbiq ediləcək nöqtələri müəyyən etmək;
- Topogeodeziya işlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə tədbirlər cədvəlinin və çöl nəzarət cədvəlinin tərtibi.
- AutoCAD Civil 3D program vasitəsi ilə həcm hesabatının hazırlanması
- Çöl işləri zamanı GPS şəbəkəsinin yaradılmasında, koordinatların təyin edilməsində, zəruri hallarda koordinatların bir sistemdən başqa sistemə keçirilməsində iştirak etmək
- Müxtəlif miqyaslı xəritələrin tərtib edilməsi, topoqrafiq və xüsusi xəritələrin (planların) hazırlanması, xəritə və sənədlərin sürətlərinin çıxarılması, çoxaldılmasının yerinə yetirilməsi;
- Kartoqrafiq işlərin dəqiqliklərini nizamlayan normativ sənədlərin və başqa normativ standartlar fondunun tətbiqi üzrə işlərin yerinə yetirilməsi;
- Xəritələrin tətbiqində və onların hazırlanmasında planın yerinə yetirilməsi haqqında məlumatların toplanması və səhmana salınması, vacibliyi lazım olan avadanlıqların qeydiyyatının aparılması;
- Xüsusi, dəqiq geodeziya avadanlıqları ilə çöl və kameral geodeziya işlərinin icrası, qravimetrik işlərin yerinə yetirilməsi;
- Əldə olunmuş məlumatların işlənməsi
Namizədə tələblər:
- Ali təhsil;
- İş təcrübəsi: Müvafiq sahədə minimum 3 il;
- Dil bilikləri: azərbaycan dili yüksək səviyyədə
- Kompüter bilikləri: MS Office (əla) və Autocad proqramlarını yaxşı dərəcədə bilməli
- Leica total station ts 06, ts 07, ts 09 seriali cihazına sahib olmalı və işlətmə bacarığı
- Nivelir cihazı işlətmə bacarığı
- Kompüter bilikləri: MS Office (əla) və Autocad (əla)
- Planlama və təşkilatçılıq qabiliyyəti
- Güclü analitik düşünmə və problemləri həll etmə qabiliyyəti
Əlavə məlumat:
- İş yeri: Xırdalan şəhəri, Blue City y/k
- Əmək haqqı: 1800 AZN
- İş qrafiki: 6/1.
- Nahar şirkət tərəfindən təmin olunur.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
BCY 

Blue City Yaşayış Kompleksi