Tornaçı
Режим работы Полная занятость Опыт 1–3 года Категория Инжиниринг
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
О должности
İş barədə məlumat:
Kəsiləcək materialları düzgün şəkildə seçməkTorna maşının düzgün işləməsi üçün lazımı alətləri seçmək və quraşdırmaq (kəsici alətlər, vida və çübüqlar)
Parçanın dəqiq ölçülərini və formalarını hazırlamaq üçün torna maşınına uyğun olaraq proqramlaşdırmaq
Kəsim parametrlərini (sürət, dərinlik, dönmə sürəti və s.) müvafiq materiala və iş tələbinə uyğun tənzimləmək
Torna maşınını işə salmaq və materialı müvafiq şəkildə yerləşdirmək
Maşını idarə edərək, materialın kəsilməsini və formalaşmasını izləmək
Hər bir kəsmə əməliyyatı zamanı ölçü və forma dəqiqliyini təmin etmək
Qrafik və texniki sənədlərə əsaslanaraq işin gedişatını idarə etmək
Kəsilən hissələri mütəmadi olaraq yoxlamaq və hər hansı bir qüsur və ya səhv varsa dərhal düzəltmək
İstehsal olunan hissələrin ölçülərini, xüsusiyyətlərini və kəsim keyfiyyətini yoxlamaq
Kəsilmiş hissələrin texniki şərtlərə uyğunluğunu təmin etmək
Məhsulun düzgünlüyünü və keyfiyyətini artırmaq məqsədilə, lazım olduqda təkmilləşdirmə təklifləri vermək
Torna maşınlarının təmizliyini təmin etmək və düzgün işləməsi üçün mütəmadi olaraq baxımını aparmaq
Kəsici alətlərin vəziyyətini yoxlamaq, zədələnmiş və ya köhnəlmiş alətləri dəyişdirmək
Maşınların yağlanması və qorunması üçün müvafiq tədbirlər görmək
Avadanlıqda yaranan nasazlıqları vaxtında aşkar edib təmir şöbəsinə bildirmək
Torna maşınına uyğun ölçmə alətlərindən (mikrometr, qaliper və s.) istifadə etmək
İstehsal prossesində texniki sənədlərin oxunması və təhlil edilməsi
Tələblər:
Təhsil : Ortaİş təcrübəsi : 1 ildən 3 ilə qədər
Yaş : 26 - 45
Cins : Kişi
Tələblər
Təhsil: Orta;
Yaş həddi: 26-40;
İş şəraiti:
İş rejimi: Növbəli;
İş yeri: Hacıqabul ray, Atbulaq kəndi, Hacıqabul Sənaye Parkı (Elberg MMC);
Biz nə təklif edirik:
Nahar şirkət tərəfindən təmin edilir
Nəqliyyat şirkət tərəfin təmin edilir
Əmək haqqı razılaşma yolu ilə
MŞ
"Mətanət-A" şirkəti