Bridge Travel Travel Manager
Опубликовано 16 ч. назад Источник ↗
Категория Гостеприимство
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
О должности
Bridge Travel komandamıza travel sahəsinin bütün əsas istiqamətləri üzrə bilik və təcrübəyə malik, məsuliyyətli və müştəriyönümlü Travel Manager dəvət edir.
Vəzifə öhdəlikləri
- Xarici və daxili tur paketlərinin hazırlanması və satışı.
- Aviabilet (Amadeus), otel, transfer, sığorta və digər turizm xidmətlərinin bronlaşdırılması.
- Viza müraciətlərinin hazırlanması və prosesə nəzarət.
- Fərdi və korporativ müştərilər üçün səyahət təkliflərinin hazırlanması.
- Müştəri və tərəfdaşlarla uzunmüddətli əməkdaşlıq əlaqələrinin qurulması.
- Yeni satış imkanlarının müəyyən edilməsi və satış hədəflərinin yerinə yetirilməsi.
- Şirkəti görüşlərdə, sərgilərdə və turizm tədbirlərində təmsil etmək.
- Travel sahəsinə aid gündəlik əməliyyatların tam icrası və koordinasiyası.
Tələblər
- Turizm/travel sahəsində iş təcrübəsi.
- Amadeus proqramında işləmək bacarığı.
- Aviabilet, otel, transfer, sığorta və tur paketləri üzrə təcrübə.
- Viza prosedurları və beynəlxalq səyahət qaydaları üzrə bilik.
- Güclü ünsiyyət, satış və danışıqlar aparmaq bacarığı.
- MS Office proqramlarında işləmək bacarığı.
- Azərbaycan, rus və ingilis dillərini bilmək.
- Zərurət yarandıqda xarici ezamiyyətlərə hazır olmaq.
- Travel sahəsinin bütün əsas istiqamətləri (aviabilet, tur paketləri, otel, transfer, sığorta və viza xidmətləri) üzrə praktiki təcrübəyə malik namizədlərə üstünlük veriləcək.
Təklif edirik
- Yüksək əməkhaqqı (müsahibə əsasında müəyyən olunur) və satışlardan 10% bonus.
- Beynəlxalq ezamiyyət imkanları.
- Peşəkar inkişaf və karyera yüksəlişi.
- Dinamik və peşəkar iş mühiti.
İş şəraiti
- İş yeri: Bakı şəhəri, Xətai rayonu
- İş qrafiki: Tam ştat (Full-time), Bazar ertəsi – Cümə | 09:00 – 18:00
Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
BT 

Bridge Travel