Ecomag LTD Tullantıların çeşidlənməsi üzrə mütəxəssis / koordinator
Опубликовано 13 ч. назад Источник ↗
О должности
Tullantıların çeşidlənməsi üzrə mütəxəssis/koordinator – istehsalat, tikinti və ya tibb müəssisələrində bərk məişət tullantılarını ətraf mühit standartlarına və qanunvericiliyə uyğun idarə olunmasını, çeşidlənməsini həyata keçirir
Vəzifə öhdəlikləri:
- Tullantıların növünə və tərkibinə görə (plastik, şüşə, metal, kardon və s.) qruplaşdırılması, xüsusi qablarda saxlanılmasını təmin etmək.
- Azərbaycan Respublikasının "Tullantılar haqqında" Qanununa və Ekologiya və Təbii Sərvətlər Nazirliyi standartlarına riayət olunmasını təmin etmək, müvafiq hesabatları və sənədləşdirmələri aparmaq.
- İşçi heyətinə tullantıların təhlükəsiz idarə olunması və çeşidlənməsi qaydaları üzrə təlimlər keçmək, təhlükəsizlik və ekoloji qaydalara nəzarət etmək.
- Layihə çərçivəsində bütün fəaliyyətlərin yerli qanunvericiliyə, beynəlxalq standartlara (ISO 14001 və s.) və şirkətin siyasətinə uyğun həyata keçirilməsini təmin etmək.
- Ətraf mühit üzrə tələblərə əməl olunmasına gündəlik nəzarət etmək və müntəzəm monitorinqlər aparmaq.
- Uyğunsuzluqları müəyyən etmək və onların aradan qaldırılması üçün düzəldici tədbirlər hazırlamaq.
- Dövlət qurumları və müvafiq orqanlarla zəruri hallarda əlaqə saxlamaq.
- İşçilərə tullantıların idarə olunması, çeşidlənməsi, qəza hallarında davranış qaydaları və ətraf mühitin qorunması barədə maarifləndirici təlimatlar vermək.
- Ətraf mühitlə bağlı qəza və insidentlərə qarşı fövqəladə tədbirlər planı hazırlamaq.
- Layihə çərçivəsində riskləri minimuma endirmək üçün qabaqlayıcı tədbirlər təklif etmək.
- Tullantıların çeşidlənməsi sahəsində innovativ və davamlı həll yollarının tətbiqini həyata keçirmək.
- Tullantıların çeşidlənməsi üzrə monitorinq nəticələrini sənədləşdirmək və rəhbərliyə təqdim etmək.
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.
Namizəddən tələb olunanlar:
- Komanda ilə işləmə bacarığı
- Professional bacarıqlar və kompetensiyalar:
- Nəqliyyat vasitəsinin olması mütləqdir.
Biz nə təklif edirik
- Sabit əmək haqqı.
- Koorperativ nömrə şirkət tərəfindən qarşılanır
- Effektivlik göstəricilərinə (KPI) əsasən əmək haqqının təkrar dəyərləndirilməsi;
- Rəsmi qeydiyyat və stabil iş qrafiki (09:00 – 18:00);
Ünvan: Abşeron rayonu, Xırdalan şəhəri
Namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “Tullantıların çeşidlənməsi üzrə mütəxəssis/koordinator” başlığı ilə göndərmələrini xahiş edirik.
Əlaqə nömrəsi: +994 50 275 42 92

Ecomag LTD
Müəssisəmiz 2023-cü il Dekabr ayında təsis edilib. Müəssisəmiz təmizlik xidmətlərinin göstərilməsi üzrə ixtisaslaşıb.