Tur Meneceri
Опыт 1–3 года Категория Гостеприимство
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
О должности
Naz Travel turizm sahəsində təcrübəli və ünsiyyət bacarığı yüksək olan Tur Meneceri axtarır.
- İş günləri: Həftənin 5 günü tam iş günü, şənbə günü yarım iş günü
- İş vaxtı: 10:00 dan–19:00 dək
- Əmək haqqı: 600– 800 AZN + bonus
- Əmək haqqı namizədin bilik və təcrübəsinə əsasən müsahibə zamanı müəyyən ediləcək.
Qeyd olunan tələblərə uyğun namizədlərdən CV-lərini mövzu yerində “Tur Meneceri” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur. Tələblərə cavab verməyən namizədlərin CV-ləri nəzərə alınmayacaq.
Öhdəliklər
- Aviabiletlərin bronlaşdırılması və satışı;
- Müştərinin ehtiyaclarını analiz edərək xarici turların hazırlanması, fərdi və qrup turlarının təşkili;
- Müştərilərin sorğusuna uyğun olaraq otel, aviabilet, transfer, avtomobil kirayəsi və digər xidmətlərin B2B sistemlərdə bronlaşdırılması və alınması;
- Müştərilərdən gələn sorğuların vaxtında və işgüzar formada cavablandırılması;
- Səyahət sığortasının rəsmiləşdirilməsi;
- Partnyor tur operatorlar və hotellərlə gündəlik kommunikasiya.
Tələblər
- Azərbaycan dilində səlis danışıq bacarığı, orta səviyyədə ingilis və rus dilləri biliyi;
- Müştərilərlə ünsiyyət təcrübəsi;
- Viza prosedurları haqqında məlumatlı olmaq arzuolunandır;
- Kompüterdə işləmək bacarığı;
- İnternetdən aktiv istifadə, sürətli axtarış və məlumat toplama bacarığı;
- Səlis və işgüzar danışıq qabiliyyəti;
- Məsuliyyətli, diqqətli, aktiv, enerjili və öyrənməyə həvəsli olmaq.
NT
Naz Travel