MT Mazarina Trade Company MMCMazarina Trade Company MMC

Ümumi Ərazi üzrə Təftiş Mütəxəssisi (Sabirabad – Şirvan – Lənkəran zonası)

Опубликовано 2 ч. назад Источник
Финансы
Ежемесячная зарплата
Зарплата по договорённости
Срок подачи
15 avqust 2026
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
Подписаться

О должности

İş yeri: Sabirabad, Şirvan və Lənkəran bölgələri

  • İş rejimi: 5 günlük iş qrafiki (09:00 – 18:00)

Vəzifə haqqında

  • Şirkətimiz Sabirabad, Şirvan və Lənkəran zonaları üzrə fəaliyyət göstərəcək, daxili nəzarət və təftiş proseslərinin həyata keçirilməsində iştirak edəcək məsuliyyətli və peşəkar Ümumi Ərazi üzrə Təftiş Mütəxəssisi axtarır.

  • Namizəd təhkim olunduğu bölgələrdə filial və satış nöqtələrinin fəaliyyətini şirkətin daxili qaydaları, prosedurları və standartları əsasında yoxlamalı, aşkar edilən uyğunsuzluqları təhlil edərək rəhbərliyə müvafiq hesabatlar təqdim etməlidir.

Vəzifə öhdəlikləri:

  • Təhkim olunmuş bölgələr üzrə filial və satış nöqtələrində planlı və plandankənar təftişlərin aparılması;

  • Daxili prosedur, qayda və təlimatlara əməl olunmasına nəzarət edilməsi;

  • Malların, sənədlərin və əməliyyatların düzgün aparılmasının yoxlanılması;

  • Kassa, anbar və digər əməliyyat proseslərinin mövcud qaydalara uyğunluğunun qiymətləndirilməsi;

  • Aşkar edilmiş nöqsan və uyğunsuzluqların sənədləşdirilməsi, səbəblərinin araşdırılması və hesabatların hazırlanması;

  • Təftiş nəticələrinə əsasən rəhbərliyə təklif və tövsiyələrin təqdim edilməsi;

  • Aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması prosesinin izlənilməsi;

  • Daxili nəzarət mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı təkliflərin verilməsi;

  • Tərtib olunan hesabatların vaxtında və düzgün şəkildə təqdim edilməsi;

  • Şirkətin etik davranış qaydalarına və məxfilik prinsiplərinə riayət edilməsi.

Namizədə tələblər:

  • Ali təhsil;

  • Təftiş, audit, daxili nəzarət və ya oxşar sahədə minimum 2–3 il iş təcrübəsi;

  • MS Office proqramlarında, xüsusilə Excel proqramında yaxşı işləmək bacarığı;

  • Analitik düşünmə, yüksək məsuliyyət hissi və detallara diqqət;

  • Güclü ünsiyyət və problem həll etmə bacarığı;

  • Hesabat hazırlamaq və məlumatları təhlil etmək bacarığı;

  • Şəxsi minik avtomobilinin olması (mütləq).

Şirkət tərəfindən təklif olunur:

  • Rəqabətədavamlı əməkhaqqı;

  • Avtomobil və yanacaq xərclərinin şirkət tərəfindən qarşılanması;

  • Korporativ mobil nömrə;

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi;

  • Stabil iş mühiti və peşəkar komandada çalışma imkanı;

  • Karyera inkişafı və peşəkar yüksəliş perspektivi

Müraciət qaydası: Göstərilən tələblərə cavab verən namizədlərdən cv-lərini "Ümumi Ərazi üzrə Təftiş Mütəxəssisi" qeyd etməklə [email protected] mail hesabına göndərilmələri xahiş olunur.

MT Mazarina Trade Company MMC
Mazarina Trade Company MMC

Похожие вакансии

Смотреть все