166 Təmizlik xidməti Usta
О должности
166 Təmizlik xidmətindən vakansiya: Usta tələb olunur
Vəzifə öhdəlikləri:
– Müştəri ünvanlarında yaranan xırda texniki nasazlıqları operativ şəkildə aradan qaldırmaq;
– Təmizlik avadanlıqlarının quraşdırılması və daşınması zamanı əməkdaşlara texniki dəstək göstərmək;
– Tozsoran və digər təmizlik avadanlıqlarında yaranan nasazlıqları diaqnostika etmək və təmir etmək;
– Elektrik mühərriki (motor) və digər texniki hissələrdə yaranan nasazlıqların təmirini həyata keçirmək;
– Avadanlıqların saz vəziyyətdə saxlanılmasını təmin etmək.
Namizədlərə tələblər:
– Təhsil: Orta
– İş təcrübəsi: Texniki təmir sahəsində iş təcrübəsi;
– Cins: Bəy namizədlər
– Yaş həddi: 20–35 arası namizədlər
– Elektrik və mexaniki avadanlıqların təmiri üzrə ilkin biliklər;
– Məsuliyyətli, operativ və komandada işləmək bacarığı.
İş şərtləri:
– İş qrafiki: 6 günlük iş həftəsi
– İş yeri: Yasamal rayonu
Əmək haqqı:
– Başlanğıc aylıq məvacib 800 manat təşkil edir + Bonus
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Müraciət üçün:
– Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Usta” yazaraq (050)231-16-06 whatsapp nömrəsinə göndərmələri xahiş olunur.
- Diqqət:
1. Yalnız vakansiya tələblərinə uyğun olan namizədlərə geri dönüş olunacaq
2. Yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq
3. Zəng üzərindən müraciətlər qəbul olunmur
4. Tələbələr və Part-time iş axtaranlar üçün uyğun deyil
