Azərbaycan Dəmir Yolları Vaqon baxıcısı-təmirçisi (Saatlı)
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
О должности
Təsvir
- Gələn qatarların qarşılanması, göndəriləcək qatarların müşayiət edilməsi və hərəkət tərkiblərinə 12 nöqtədən baxış keçirməklə nasazlıqları aşkar etmək;
- Vaqon və konteynerlərin texniki baxışı zamanı aşkar edilmiş nasazlıqların aradan qaldırılmasını təmin etmək;
- Qəbul edilən hərəkət tərkiblərinin komplekləşdirilməsini, qovşaq və detalların yararlılığını ADY Smart proqramından və ya Web Portaldan istifadə etməklə faktiki uyğunluğunu yoxlamaq;
- Açılmadan təmiri mümkün olmayan və ya dövrü təmir müddəti çatmış vaqonların təmirə açılmasını təmin etmək və təmirə açılan vaqonlara ADY Smart proqramında və ya kağız daşıyıcıda VU-23 formalı bildiriş tərtib etmək;
- Alət və şablonların, siqnal vasitələrinin sazlığını yoxlamaq, nasazlıq aşkar edildikdə onların böyük vaqon baxıcısı-təmirçisinin köməyi ilə yararlılarla dəyişdirilməsini həyata keçirmək;
- Bütün tiplərdən olan yük vaqonlarının təmiri üçün nəzərdə tutulan özüyeriyən maşınlara və ya mürəkkəb universal qurğulara texniki xidmətin göstərilməsi;
- Qatarlarda avtotormozların təmirini və sınağını icra etmək.
Tələblər
- Ümumi təhsil;
- Növbəli iş qrafikində fəaliyyət;
- Vaqon və konteynerlərin quruluşu üzrə biliklər;
- Vaqonlara texniki xidmətin yerinə yetirilməsi qaydaları üzrə biliklər.
- Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları üzrə məlumatlılıq;
- Məsuliyyətlilik, keyfiyyət yönümlülük, intizamlılıq.

Azərbaycan Dəmir Yolları
Nəqliyyat və anbar təsərrüfatı
Azərbaycanda dəmir yolunun təməli hələ 1878-ci ildə qoyulmuş və inşası 20 yanvar 1880-ci ildə başa çatmışdır. O, uzunluğu cəmi 20 km olan Bakı-Sabunçu-Suraxanı dəmir yolundan ibarət olmuşdur. Həmin…