D
Decoliv

Vergi işləri üzrə şöbə müdiri

Опубликовано 19 ч. назад Источник: jobsearch.az ↗
Ежемесячная зарплата
Зарплата по договорённости
Откликнуться
Категория
Финансы

О должности

Vəzifə öhdəlikləri

  • Şirkətin fəaliyyət istiqamətlərinə uyğun vergi strategiyasını formalaşdırmaq və həyata keçirmək, vergi risklərini idarə etmək;
  • Mövcud vergi qanunvericiliyi çərçivəsində sadələşdirilmiş vergi, gəlir vergisi, ƏDV, ÖMV və mənfəət vergisi bəyannamələrinin vaxtında, düzgün və tam şəkildə hazırlanmasını və təqdim edilməsini təmin etmək;
  • Vergi orqanları və digər aidiyyəti dövlət qurumları ilə rəsmi yazışmaları, yoxlamaları və məlumat mübadiləsini idarə etmək;
  • Debitor və kreditor borcları üzrə uçotun aparılmasını, qarşılıqlı üzləşmələrin təşkilini və hesabatlılığın təmin edilməsini həyata keçirmək;
  • Mühasibatlıq, hüquq, əməliyyat və digər struktur bölmələrinə vergi və fiskal məsələlər üzrə metodiki dəstək və məsləhətlər vermək;
  • Vergi qanunvericiliyində baş verən dəyişiklikləri izləmək, onların daxili proseslərə inteqrasiyası ilə bağlı təkliflər hazırlamaq;
  • Vergi hesabatları və sənədlərinin audit yoxlamalarına hazırlığını təşkil etmək, uyğunluq risklərini minimuma endirmək;
  • ƏDV, mənfəət vergisi və digər vergi öhdəliklərinin düzgün hesablanmasına və icrasına nəzarət etmək;
  • Kameral və səyyar vergi yoxlamaları zamanı şirkəti təmsil etmək, müvafiq izahatları hazırlamaq;
  • Bank əməliyyatlarına, ödəniş tapşırıqlarına və pul vəsaitlərinin hərəkətinə nəzarət etmək;
  • Əməkhaqqının hesablanmasına, vergi və sosial ödənişlərin düzgün tətbiqinə nəzarət etmək.

Namizədə tələblər

  • Maliyyə, mühasibatlıq və ya əlaqəli sahələr üzrə ali təhsil;
  • Müvafiq sahə üzrə minimum 3–5 il iş təcrübəsi (rəhbər vəzifədə);
  • PMS – Orta və iri sahibkarlıq fəaliyyəti üzrə sertifikata malik olmaq üstünlük hesab edilir;
  • Vergi, gömrük, mülki və əlaqəli qanunvericilik üzrə dərin biliklərə malik olmaq;
  • Yüksək səviyyədə analitik düşüncə və təhlil bacarıqlarına sahib olmaq;
  • Detallara diqqətli, məsuliyyətli, dəqiq və peşəkar yanaşma nümayiş etdirmək.

Təklif edirik

  • Əmək bazarına uyğun rəqabətqabiliyyətli əməkhaqqı;
  • Nahar ilə təminat;
  • Könüllü tibbi sığorta paketi;
  • Korporativ mobil nömrə və aylıq danışıq limiti.

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Vergi işləri üzrə şöbə müdiri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Похожие вакансии

: