AzInTelecom MMC VMware virtualizasiya sistemləri üzrə mühəndis
Опыт 3–5 лет Категория Инжиниринг
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
О должности
Təsvir
- VMware əsaslı virtual infrastrukturun quraşdırılması, konfiqurasiyası, idarə olunması və fasiləsiz fəaliyyətinin təmin edilməsi;
- Virtual mühitlərin yüksək əlçatanlığının (High Availability), performansının və təhlükəsizliyinin təmin edilməsi;
- Backup, replikasiya və Disaster Recovery həllərinin idarə olunması, ehtiyat nüsxələmə və bərpa proseslərinin icrası;
- Server, storage və SAN infrastrukturunun idarə olunması, monitorinqi və optimallaşdırılması;
- Virtual infrastruktur üzrə insidentlərin araşdırılması, problemlərin aradan qaldırılması və sistemlərin monitorinqinin həyata keçirilməsi;
- Virtualizasiya mühitinin inkişafı və optimallaşdırılması istiqamətində digər İT komandaları ilə əməkdaşlıq.
Tələblər
- Ali təhsil (İnformasiya texnologiyaları və ya əlaqəli sahə üzrə);
- Sistem mühəndisliyi, Virtualizasiya mühəndisliyi istiqamətində 2-3 il iş təcrübəsi;
- Virtualizasiya: VMware vSphere, Hyper-V, platformaları ilə işləmə bacarığı, virtualizasiya ilə bağlı dərin biliklər;
- Backup və replikasiya texnologiyaları: Veeam Backup & Replication, Zerto, VMware Site Recovery Manager (SRM), Microfocus Data Protector həlləri ilə bilik və təcrübə;
- Linux əməliyyat sistemləri: RHEL, Ubuntu, CentOS, Debian idarəetməsi və optimizasiyası;
- Şəbəkə texnologiyaları və ümumi şəbəkə bilikləri: VLAN, Routing, VPN, Firewall, Load Balancing və şəbəkə təhlükəsizliyi;
- Server və storage avadanlıqları: Fiziki serverlər və storage sistemlərinin konfiqurasiyası və idarə olunması;
- SAN switch konfiqurasiyası: SAN Switch-lərinin konfiqurasiyası, zoning və fiber channel şəbəkələrinin idarə edilməsi;
- Monitorinq alətləri: Zabbix, OPManager, AppManager, PRTG, Grafana, Prometheus ilə sistemlərin və şəbəkələrin monitorinqi;
- İdarəetmə və avtomatlaşdırma alətləri: ManageEngine ailəsinə aid məhsullar (Endpoint Central, , ADManager və s.) və ya digər idarəetmə sistemləri;
- Problemləri həll etmə və analitik düşünmə qabiliyyəti;
- Daxili və xarici müştərilərlə peşəkar ünsiyyət və texniki dəstək göstərmə bacarığı;
- Komanda ilə işləmə və effektiv ünsiyyət bacarıqları.
İş rejimi: Növbəli qrafik əsasında.
A 

AzInTelecom MMC
İnformasiya və kommunikasiya
Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tərkibində fəaliyyət göstərən "AzInTelecom" MMC güclü və təhlükəsiz bulud həlləri, yeni nəsil rəqəmsal imza və identifikasiya xidmətləri,…