Xarici satınalma üzrə mütəxəssis
Опубликовано 18 ч. назад Источник ↗
Категория Логистика
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
О должности
Vəzifə öhdəlikləri:
- Xarici istehsalçı və təchizatçılarla danışıqlar aparmaq;
- Qiymət təkliflərini toplamaq və müqayisəli təhlil etmək;
- Xarici sifarişləri yerləşdirmək və icra prosesini izləmək;
- Proforma invoys, kommersiya invoysu, qablaşdırma siyahısı və digər idxal sənədlərini yoxlamaq;
- Logistika, gömrük və anbar bölmələri ilə koordinasiyalı işləmək;
- Yeni məhsul və alternativ təchizatçıları araşdırmaq;
- Satınalma hesabatları hazırlamaq.
Tələblər:
- Ali təhsil;
- İngilis dilində yazılı və şifahi ünsiyyət bacarığı;
- MS Office, xüsusilə Excel proqramında işləmək bacarığı;
- Analitik düşüncə və danışıqlar aparmaq bacarığı;
- Xarici satınalma, idxal və ya logistika sahəsində təcrübə üstünlükdür;
- Türk və rus dillərini bilmək üstünlükdür.
İş yeri: Bakı şəhəri, Yasamal
Əməkhaqqı: müsahibə əsasında
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Xarici satınalma” yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Ətraflı məlumat üçün +994 55 299 59 01 nömrəsi vasitəsi ilə whatsappdan əlaqə saxlaya bilərsiniz.
F 
Facet MMC
İnformasiya və kommunikasiya
”FACET” MMC şirkəti, 2005-ci ildə Azərbaycanda gündən günə böyüyən və inkişaf edən tibb sektorunda istehlakçıların məhsul və xidmət ehtiyaclarını tək nöqtədən qarşılaya biləcəkləri bir mərkəz olmaq…