"Azərbaycan Hava Yolları" QSC Yorğunluğun idarə olunması üzrə mütəxəssis
Режим работы Полная занятость
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
О должности
Təsvir
- Müəssisədə toplanmış uçuş heyətinin yorğunluğu ilə bağlı məlumatların dəqiqləşdirilməsi, təhlil edilməsi və təqdim edilməsi;
- Uçuş heyətinin yorğunluğu üzrə planlaşdırılmış və faktiki göstəricilərin müqayisə edilməsi;
- Uçuş heyətinin yorğunluğunun idarə edilməsi siyasəti ilə müəyyən edilmiş təhlükəsizlik tələblərinin yerinə yetirilməsinin təmin edilməsi;
- Uçuş heyətinin yorğunluğu ilə bağlı risk və təhlükə amillərinin müəyyən edilməsi;
- Aşkar edilmiş pozuntuların və təhlükəli tendensiyaların müəyyən edilməsi və qrup rəhbərinə təqdim edilməsi;
- Uçuş heyəti üzvləri tərəfindən daxil olan şikayətlərin, müraciətlərin və iddiaların qeydiyyata alınması və araşdırılması;
- Risk insidentləri üzrə səbəb təhlillərinin aparılması və müvafiq metodologiyanın tətbiq edilməsi;
- Uçuş heyətinin faktiki iş vaxtına dair aylıq, rüblük və illik statistik məlumatların hazırlanması;
- Uçuşların təhlükəsizliyi ilə bağlı hadisələrin uçotunun aparılması və məlumatların elektron informasiya sisteminə (İQSMS) daxil edilməsi;
- Uçuşların İstehsalı İdarəsinin Planlaşdırma şöbəsi tərəfindən yol verilmiş pozuntuların aşkar edilməsi və müvafiq hesabatların hazırlanması;
- Elektron formatda olan sənədlərə nəzarətin həyata keçirilməsi və onların müəyyən edilmiş standartlara uyğun dövriyyəsinin təmin edilməsi.
Tələblər
- Təhsil tələbləri: Ali təhsil;
- Təyyarə bələdçisi vəzifəsində minimum 1 il iş təcrübəsi;
- Əla yazılı və şifahi ünsiyyət bacarıqları;
- Güclü əməkdaşlıq və effektiv ünsiyyət bacarığı;
- Microsoft Office proqramları üzrə yaxşı biliklər;
- Azərbaycan və ingilis dillərini sərbəst səviyyədə şifahi və yazılı istifadə etmək bacarığı (rus dili biliyi üstünlükdür);
- Məsuliyyətli, dəqiq, təşəbbüskar və komanda ilə işləmək bacarığı;
- Analitik düşünmə və problem həll etmə bacarığı;
- Strateji düşünmə və qərarvermə bacarığı.
İş şəraiti:
- İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək;
- İş yeri-Heydər Əliyev Beynəlxalq Aeroportu.
AHY 

"Azərbaycan Hava Yolları" QSC
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti ölkənin mülki aviasiyası üzrə aparıcı qurumudur. Cəmiyyətin fəaliyyət istiqamətlərinə strateji planlaşdırma, beynəlxalq təhlükəsizlik və keyfiyyət…