M M-TransM-Trans

Yük Avtomobili Ehtiyat Hissələri üzrə Operator

Опубликовано 16 ч. назад Источник
Клиентский сервис
Ежемесячная зарплата
₼700+
Срок подачи
14 avqust 2026
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
Подписаться

О должности

Vəzifə öhdəlikləri:

  • İş prosesləri ilə bağlı məlumatların proqram təminatına daxil edilməsi və mütəmadi yenilənməsi;
  • Ehtiyat hissələri sənədlərin hazırlanması, yoxlanılması və arxivləşdirilməsi;
  • Daxil edilən məlumatların düzgünlüyünün yoxlanılması və sistemdə müvafiq qaydada saxlanılması;
  • Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında və keyfiyyətli şəkildə yerinə yetirilməsi;
  • Görülmüş işlər barədə rəhbərliyə mütəmadi məlumat verilməsi;
  • Şirkətin daxili nizam-intizam qaydalarına və əmək intizamına riayət edilməsi;
  • Əmək müqaviləsi və vəzifə öhdəliklərindən irəli gələn digər tapşırıqların icra edilməsi.

Namizədə tələblər

  • Yaş: 20 – 30;
  • Ali təhsil;
  • Rus dili – sərbəst və ingilis dili - arzuolunan
  • Yük avtomobili ehtiyat hissələri barədə biliklər - arzuolunan
  • 1C, Word, Excel proqramlarını bilməli;
  • İşində ciddi və məsuliyyətli olmalı;
  • Komandada işləmək və ünsiyyət qurmaq bacarığı.
  • Yaxşı səviyyədə yazılı və şifahi ünsiyyətqurma qabiliyyəti.

İş rejimi və əmək haqqı:

  • Əmək haqqı – 700 AZN
  • İş qrafiki: həftə içi 5 gün (saat 09:30-dan 17:30-dək)

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Yük Avtomobili Ehtiyat Hissələri üzrə Operator” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Похожие вакансии

Смотреть все