MAŞ
Mətanət A Şirkətlər Qrupu
Yük avtomobili sürücüsü (Kamaz)
Ежемесячная зарплата
Зарплата по договорённости
- Режим работы
- Полная занятость
- Категория
- Логистика
О должности
Təsvir
- KAMAZ markalı nəqliyyat vasitəsini təhlükəsiz və qaydalara uyğun idarə etmək.
- Yüklərin təyin olunmuş ünvana vaxtında və təhlükəsiz şəkildə çatdırılmasını təmin etmək.
- Nəqliyyat vasitəsinin gündəlik texniki baxışını keçirmək və nasazlıqları aidiyyəti üzrə bildirmək.
- Yanacaq, mühərrik yağı, antifriz və digər texniki mayelərin səviyyəsinə nəzarət etmək.
- Yol hərəkəti qaydalarına və şirkətdaxili təhlükəsizlik qaydalarına əməl etmək.
- Daşınan yükün düzgün yüklənməsi, yerləşdirilməsi və boşaldılmasına nəzarət etmək.
- Səfər vərəqələri, yük sənədləri və digər aidiyyəti sənədləri düzgün doldurmaq və təqdim etmək.
- Nəqliyyat vasitəsini təmiz və saz vəziyyətdə saxlamaq.
- Rəhbərlik tərəfindən verilən marşrut və tapşırıqları vaxtında icra etmək.
- Qəza və ya nasazlıq hallarında dərhal rəhbərliyə məlumat vermək və ilkin təhlükəsizlik tədbirlərini görmək.
Tələblər
- Təhsil: Orta;
- İş təcrübəsi: 3 il;
- Yaş həddi: 25-40;
- Sürücülük vəsiqəsi: BC kateqoriya;
- Ölkədaxili ezamiyyə imkanları.
İş şəraiti:
- İş saatı: 08:00-dan 17:00-dək;
- İş qrafiki: Həftədə 1 gün istirahət (6-cı gün qısa iş günü);;
- İş yeri: Matanat A İstehsalat Müəssisəsi (Abşeron rayonu, Masazır qəsəbəsi).
Biz nə təklif edirik:
- Rəqabətli əmək haqqı (biz bunu təcrübəniz əsasında müzakirə edəcəyik);
- Nahar və servis xidməti şirkət tərəfindən təmin edilir;
- Dinamik və gənc komanda ilə iş imkanı.