Yalama Agropark MMC Zootexnik təcrübəçi (Yalama Aqropark)
Режим работы Полная занятость Категория Сельское хозяйство
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
О должности
Təsvir
Yalama Aqropark MMC gənc istedadların kəşf edilməsi və aqrar sektorda peşəkar kadrların yetişdirilməsi məqsədilə Zootexnik ixtisası üzrə təcrübə proqramı elan edir.
Bu proqram karyerasını heyvandarlıq və kənd təsərrüfatı sahəsində qurmaq istəyən, öyrənməyə həvəsli və inkişafa meyilli yeni məzunlar üçün ideal fürsətdir.
Tələblər
Təcrübə proqramı çərçivəsində öyrənəcəyiniz və iştirak edəcəyiniz proseslər:
- Yemləmə və Rasion İdarəetməsi: Yemləmə proqramı əsasında gündəlik yemləmənin təşkili, heyvanların qruplaşdırılmasına uyğun rasionun hazırlanması və yem paylayan maşınların iş qrafikinə nəzarət.
- Keyfiyyətə Nəzarət: Ot anbarı, silos quyularına gündəlik baxış; qəbul olunan ot, silos və hazır yemlərin, eləcə də əkinçilikdən gələn məhsulların keyfiyyətinin yoxlanılması.
- Analiz və Hesabatlılıq: Süd, yem və peyin analizlərinin müntəzəm həyata keçirilməsi, yem və sürü məlumatlarının toplanaraq zootexniki hesabatların hazırlanması.
- Sürü İdarəetməsi və İstehsalat: Heyvanların düzgün bəslənməsi, qruplaşdırılması, sağım prosesinin və satışa gedən südün yüklənməsinin təşkili, sürü üzrə seleksiya işlərinin planlaşdırılması.
- Komanda və İnfrastrukturla İş: Tövlə işçilərinə gündəlik təlimatların verilməsi, heyətin davamiyyətinin yoxlanılması, tövlədaxili avadanlıqların sazlığına və ərazinin təmizliyinə nəzarət.
Namizədə dair Tələblər:
- Təhsil: Zootexnika və ya əlaqədar kənd təsərrüfatı ixtisasları üzrə ali təhsilini yeni bitirmiş məzun.
- Şəxsi keyfiyyətlər: İstehsalat mühitinə tez adaptasiya olma bacarığı, rəqəmlərlə və proqramlarla işləmək marağı, komanda işinə meyillilik və bu sahədə peşəkar kimi yetişmək həvəsi.
YA 

Yalama Agropark MMC
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Xaçmaz rayonunun Yalama qəsəbəsində 523 ha torpaq sahəsində “Yalama Aqropark”ın yaradılmışdır. Aqropark daxilində…