AŞQ ATEF Şirkətlər Qrupu

ATEF Şirkətlər Qrupu

Emal sənayesi
2 açıq vəzifə

ATEF Şirkətlər Qrupu Azərbaycanda və onun hüdudlarından kənarda enerji sənayesi üçün elektrik avadanlıqlarının istehsalı və quraşdırılması sahəsində zəngin tarixə malikdir. 1961-ci ildə Bakıda ilk transformator zavodumuzun fəaliyyətə başladığı gündən etibarən, əsas məqsədimiz premium keyfiyyətli, etibarlı məhsullar istehsal etmək olub. Bu iş prinsipi bu gün də ATEF Şirkətlər Qrupunun biznes-modelində prioritet olaraq qalır. Şirkətimiz uzun illər qlobal enerji sənayesinin ən yüksək standartlarına cavab vermək üçün doqquz regional zavodunda yeni tədqiqat və istehsal sahələrinə, eləcə də müasir texnologiyalara sərmayə qoyub. Şirkətin nəzdində həmçinin layihə-konstruktor bürosu, tikinti-quraşdırma, eləcə də mexanizasiya və nəqliyyat idarələri də fəaliyyət göstərir. Biz texnoloji istehsal proseslərini daim təkmilləşdirməklə yanaşı, səriştəli və peşəkar kadrların hazırlanmasına da böyük önəm veririk.

atefgroup.com[email protected]+99412 452 41 81I.Mammadov str.1, Surakhani distr. AZ1042, Baku, Azerbaijan

Açıq vəzifələr

Ən yeni vakansiyalar əvvəldə

Bütün vakansiyalara bax
ATEF Şirkətlər Qrupu yeni vakansiya yerləşdirəndə xəbər alın
Email və ya Telegram-da — pulsuz, istənilən vaxt ləğv edin.
Abunə ol