BS Best Soft

Best Soft

İnformasiya və kommunikasiya
1 açıq vəzifə

"Best Soft" şirkəti öz fəaliyyətini 2009-cu ildə başlamışdır. Bu gün "Best Soft" - yüksək səviyyəli və hərtərəfli mütəxəssislərin kollektividir, müasir texnologiyalar və iri layihələrin tətbiqində böyük təcrübədir, yüksək xidmət səviyyəsi, ticarət avadanlıqlarının və kompyuter texnikasının proqram təminatının son yenilikləridir. Bizim şirkətin fəaliyyəti, ilk növbədə, ticarət və kommersiya təşkilatlarında, istehsalatda, ictimai qida müəssisələrində və biznesin istənilən başqa sahələrində uçot və idarəetmə proseslərinin kompleks avtomatlaşdırılmasına yönəldilib, əsasən "1C" proqram məhsulların istifadəsi ilə. "Best Soft" şirkəti "1C" firmasının rəsmi Françayzidir, "1C-Bitriks", "Microsoft", "Datalogic", "AYİB" və sair müəssisələrin tərəfdaşıdır. Biz şirkətimizin missiyasını aşağıdakı şəkildə ifadə etmişik: müştərilərimizə biznesin səmərəliliyinin artırılmasında kömək etmək və bunun nümunəsində iştirakçılara sevinc və məmnunluq gətirən etimada əsaslanan səmimi faydalı əməkdaşlığın mümkünlüyünü göstərmək! Əməkdaşlarımızın məqsədyönlülüyü və peşəkarlığı şirkətimizin uğurlu fəaliyyətinin əsasıdır. Şirkətimiz əməkdaşlarının ixtisasının artırılmasına daim böyük diqqət yetirir. Hazırda şirkətimizdə informasiya texnologiyaları sahəsində nəyin ki ali ixtisas təhsilli, həm də böyük praktiki iş təcrübəsi olan yüksək ixtisaslı («1С:Professional», «1С:Mütəxəssis», «1С:Mütəxəssis-Məsləhətçi», Maliyyə mütəxəssisi, Layihələrin idarəedilməsi mütəxəssisi statusları kimi) mütəxəssislər işləyir.

bestsoft.az[email protected](+994 12) 599 08 48H. Əliyev pr. 95 Qafqaz Business Center

Açıq vəzifələr

Ən yeni vakansiyalar əvvəldə

Bütün vakansiyalara bax
Best Soft yeni vakansiya yerləşdirəndə xəbər alın
Email və ya Telegram-da — pulsuz, istənilən vaxt ləğv edin.
Abunə ol
BS
Marketinq

SMM Menecer 2 dəfə yerləşdirilib

Bakı 4 gün əvvəl