Foton
Foton MMC – Dəyər üzərində qurulmuş xidmət mədəniyyəti Foton MMC, yüksək səviyyəli bina idarəetməsi və istismarı xidmətlərini təmin edən ixtisaslaşmış şirkətdir. Şirkətimizin əsas vəzifəsi – mükəmməl xidmət keyfiyyəti, operativ dəstək və təhlükəsizlik əsaslı yanaşma tətbiq etməklə regionlarda yerləşən yaşayış sahələrində sabit və davamlı idarəetmə mühiti yaratmaqdır. Foton, öz fəaliyyətini maksimum diskretlik, peşəkarlıq və etibarlılıq prinsipləri üzərində qurur. Geniş fəaliyyət sahəsinə texniki istismar, təmizlik, landşafta qulluq, təhlükəsizlik, CAPEX/OPEX layihələrinin idarə olunması daxildir. VİZYONUMUZ Yaşayış binalarında kompleks idarəetmə və texniki istismarı effektiv sistem çərçivəsində birləşdirərək, təhlükəsizlik, dayanıqlılıq və operativliyi təmin edən innovativ və etibarlı xidmət modeli formalaşdırmaq. MİSSİYAMIZ İdarəetmədə olan yaşayış və xidməti sahələrdə fasiləsiz texniki istismar, təhlükəsizliyi yüksək məsuliyyət və peşəkarlıqla həyata keçirməklə funksional və dayanıqlı istismar mühitinin saxlanılmasına və davamlı inkişafına töhfə vermək. FOTON MMC 400 nəfərdən ibarət ixtisaslı işçi heyəti ilə fəaliyyət göstərir.
Açıq vəzifələr
Ən yeni vakansiyalar əvvəldə