Administrativ İşlər üzrə Mütəxəssis
Vəzifə haqqında
Şirkət: MLK Construction Group MMC
İş yeri: Bakı
İş qrafiki: Tam iş günü
Şirkətin gündəlik inzibati fəaliyyətinin səmərəli təşkilini təmin etmək, sənəd dövriyyəsini idarə etmək, rəhbərliyə inzibati dəstək göstərmək, həmçinin özəl tender elanlarını mütəmadi izləyərək müvafiq məlumatları vaxtında layihə rəhbərinə təqdim etmək.
Qeyd
Tender sahəsində iş təcrübəsinin olması üstünlükdür, lakin məcburi tələb deyil.
Tender prosesləri ilə bağlı bütün zəruri bilik və iş prinsipləri şirkət tərəfindən öyrədiləcək və əməkdaşa praktiki dəstək göstəriləcək.
Təklif edirik
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;
Peşəkar və inkişaf yönümlü iş mühiti;
Karyera inkişafı imkanları;
Rəqabətqabiliyyətli əməkhaqqı (müsahibə əsasında müəyyən edilir).
Müraciət qaydası
Maraqlanan namizədlər CV-lərini "Administrativ İşlər üzrə Mütəxəssis" mövzusu ilə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.