ŞGŞahdağ Garden

Administrator

Bakı 4 saat əvvəl yerləşdirilib Mənbə
1–3 il Qonaqpərvərlik
Aylıq maaş
₼1,500 – 2,000
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

"Şahdağ Garden" restoranına Administrator tələb olunur!

"Şahdağ Garden" restoranı olaraq mehriban kollektivimizə qoşulmaq və peşəkar komandamızın bir hissəsi olmaq istəyən bacarıqlı Administrator axtarırıq! Əgər siz də qonaqpərvərlik sahəsində təcrübəlisinizsə və bu sahədə inkişaf etmək istəyirsinizsə, sizi komandamızda görməkdən məmnun olarıq.

 

Göstərilən tələblərə cavab verirsinizsə, CV-nizi [email protected] ünvanına göndərə bilərsiniz.

Öhdəliklər

  1. Restoranın gündəlik iş prosesinin yüksək səviyyədə idarə olunması və koordinasiyası.
  2. Qonaqların səmimi qarşılanması, onlara yüksək səviyyədə xidmət göstərilməsi və qonaq məmnuniyyətinin təmin edilməsi.
  3. Rezervasiyaların (masa sifarişlərinin) qəbul edilməsi və zalların düzgün idarə olunması.
  4. Heyətin (ofisiantlar, aşpazlar, xadimələr) işinə nəzarət edilməsi və iş qrafiklərinin tərtib olunması.
  5. Qonaqlardan gələn irad və təkliflərin operativ şəkildə həll edilməsi.
  6. Restoran daxilində təmizlik, səliqə-sahman və qonaqpərvərlik standartlarına riayət olunmasına nəzarət.
  7. Rəhbərliyə gündəlik hesabatların təqdim olunması.

 

Tələblər

  1. Təcrübə: Restoran və ya qonaqpərvərlik sahəsində (Horeca) administrator və ya menecer kimi iş təcrübəsi (ən azı 1-2 il).
  2. Dil bilikləri:
  3. Azərbaycan və rus dillərində səlis danışıq qabiliyyəti (ingilis dili bilməsi arzuolunandır).
  4. Qafqaz mətbəxi və qonaqpərvərlik mədəniyyəti haqqında məlumatlı olmaq.
  5. Ünsiyyətcil, gülərüz, məsuliyyətli və stresə davamlı olmaq.
  6. Komandanı idarə etmək və çətin situasiyalarda operativ qərar qəbul etmək bacarığı.
ŞG
Şahdağ Garden

Oxşar vakansiyalar

Hamısına bax
Müraciət et