R
Rabitəbank ASC

Ağcabədi filialı üzrə Müştəri xidməti təmsilçisi

Agcabedi 1 ay əvvəl yerləşdirilib Mənbə: hellojob.az ↗
Aylıq maaş
Maaş razılaşma yolu ilə
Müraciət et
Kateqoriya
Müştəri xidməti

Vəzifə haqqında

Təsvir

“Rabitəbank” ASC Ağcabədi filialı üzrə Müştəri xidməti təmsilçisi vəzifəsinə işə qəbul elan edir.


Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.


Vəzifə öhdəlikləri:


  • Müştəri xidməti strukturlarına müxtəlif sorğularla müraciət edən müştərilərin qarşılanması;
  • Müştərilərin müraciətlərinə əsasən müvafiq şöbələr üzrə yönləndirilməsi;
  • Elektron növbə sistemi üzrə müştərilərin müvafiq şöbələr üzrə yönləndirilməsi;
  • Ödəniş terminallarından istifadə qaydaları haqqında məlumatların verilməsi.

Tələblər

  • Ali təhsil;
  • Azərbaycan və Rus dillərində sərbəst danışmaq bacarığı İngilis dili arzu olunandır;
  • MS Office proqramları üzrə biliklər;
  • Fərdi və komanda şəklində işləyə bilmək bacarığı;
  • Yüksək kommunikasiya və müştəri yönümlülük;
  • Məsuliyyətlilik və düzgünlük qabiliyyəti;
  • Dəqiqlik və detallara qarşı diqqətli olmaq qabiliyyəti;
  • Operativlik və problemləri həll etmək qabiliyyəti.


Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Daha çox Xidmət vakansiyaları üçün www.isbu.az saytına keçid edin.

Oxşar vakansiyalar