MicroTech LLC Aİ Satış meneceri
Vəzifə haqqında
İş şəraiti
İş yeri: Çinar Plaza, Bakı
İş qrafiki: Bazar ertəsi – Cümə, 09:00 – 18:00
Əmək haqqı: Rəqabətli əməkhaqqı+bonus
Vəzifə öhdəlikləri:
AI məhsul və xidmətlərinin satış strategiyasını hazırlamaq və həyata keçirmək.
Yeni müştərilər cəlb etmək və uzunmüddətli əməkdaşlıqlar qurmaq.
Potensial müştərilərin ehtiyaclarını analiz edərək uyğun AI həlləri təklif etmək.
Satış təqdimatları, demo görüşlər və kommersiya təklifləri hazırlamaq.
Satış hədəflərinə nail olmaq və satış performansını müntəzəm izləmək.
Marketinq və məhsul komandaları ilə sıx əməkdaşlıq etmək.
AI bazarındakı yenilikləri və rəqib fəaliyyətlərini izləmək.
CRM sistemində müştəri məlumatlarını və satış proseslərini idarə etmək.
Tələblər:
Ali Təhsil (texniki sahə üzrə olması mütləqdir)
Satış sahəsində minimum 3 il iş təcrübəsi.
B2B satış təcrübəsi.
Süni intellekt, proqram təminatı və ya texnologiya məhsullarının satışında təcrübə üstünlükdür.
Güclü təqdimat, ünsiyyət və danışıqlar aparmaq bacarığı.
Azərbaycan dili sərbəst, ingilis dili yaxşı səviyyədə.
CRM sistemləri ilə işləmək bacarığı.
Analitik düşüncə və nəticəyönümlü yanaşma.
Maraqlanan namizədlər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Təməli 2017-ci ildə qoyulmuş “MicroTech” MMC Azərbaycanın İKT bazarında yeni texnologiyaların tətbiqi, müxtəlif biznes həllərinin hazırlanması, istehsalat və müxtəlif növ idarəetmə proseslərinin…