Anbardar
Vəzifə haqqında
Vəzifələr və məsuliyyətlər:
Anbara daxil olan malların qəbulunu və sayımını həyata keçirmək;
Anbar əməliyyatlarının 1C sistemində düzgün qeydiyyatını aparmaq və məlumatları vaxtında daxil etmək;
Malların anbar daxilində düzgün yerləşdirilməsini təmin etmək;
Mal qalığının uçotunu aparmaq və inventarizasiya prosesində iştirak etmək;
Malların təhvil-təslim sənədlərini yoxlamaq və qeydiyyatını aparmaq;
Sifarişlərə uyğun məhsulların hazırlanmasını və göndərilməsini təmin etmək;
Anbarın səliqəli və təhlükəsiz saxlanılmasına nəzarət etmək;
Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında və düzgün icra etmək.
Tələb edilən bacarıqlar və təhsil:
Orta ixtisas və ya ali təhsil;
Anbar sahəsində minimum 1 il iş təcrübəsi;
Malların qəbulu, yerləşdirilməsi və uçotu üzrə biliklər;
1C proqramında işləmə bacarığı (mütləqdir);
MS Office proqramlarında, xüsusilə Excel-də işləmə bacarığı;
Məsuliyyətli, diqqətli və intizamlı olmaq;
Komandada işləmək və effektiv ünsiyyət qurmaq bacarığı;
İş saatları və əmək şərtləri:
Əmək haqqı: 900 man.
İş qrafiki: 5 günlük iş qrafiki
İş yeri: Nərimanov ray., M.Araz küçəsi (Ulduz metrosu yaxınlığı)
Müraciət etmək istəyən namizədlərdən CV-lərini mövzu hissəsində “Anbardar” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur
My Group Holdingin tərkibində fəaliyyat göstərən şirkətlər: MyShops Azərbaycanda mobil və elektron avadanlıqların satışı üzrə liderlərdən biridir. Şirkətimizin təklif etdiyi məhsulların keyfiyyəti…