AC
- İş rejimi
- Tam ştat
- Kateqoriya
- Logistika
Vəzifə haqqında
- Anbara daxil olan və anbardan çıxan malların qəbulunu, yoxlanılmasını və təhvil verilməsini təmin etmək.
- Malların düzgün yerləşdirilməsini və saxlanma qaydalarına riayət olunmasını təmin etmək.
- Anbar uçotunu aparmaq, qalıqları mütəmadi olaraq yoxlamaq və inventarlaşdırmada iştirak etmək.
- Gələn və gedən mallara aid sənədləri (qaimə, təhvil-təslim aktı və s.) yoxlamaq və qeydiyyata almaq.
- Malların sayına, keyfiyyətinə və bütövlüyünə nəzarət etmək.
- Anbarın təmizliyini, səliqəsini və təhlükəsizlik qaydalarına əməl olunmasını təmin etmək.
- Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında və düzgün yerinə yetirmək.
- Çatışmazlıq, artıq qalıq və ya zədələnmiş məhsullar barədə rəhbərliyə məlumat vermək.
- Anbar ehtiyatlarının optimal səviyyədə saxlanmasına nəzarət etmək.
- Malların yüklənməsi və boşaldılması prosesində iştirak etmək və ya nəzarət etmək.
İş şəraiti
- İş qrafiki: Həftədə 6 iş günü, 1 gün istirahət.
- İş saatları: 07:00 – 16:00.
- Nahar (yemək) şirkət tərəfindən təmin edilir.
Daha çox Xidmət vakansiyaları üçün www.isbu.az saytına keçid edin.