DQP
Dövlət qurumu, Publik Hüquqi Şəxs

Anbardar

5 gün əvvəl yerləşdirilib Mənbə: jobsearch.az ↗
Aylıq maaş
₼800+
Müraciət et
Kateqoriya
Mühafizə

Vəzifə haqqında

İş şəraiti

  • İş yeri: Gəncə şəhəri
  • İş şəraiti: Standart- ofis
  • İş rejimi: 5 günlük 09:00-18:00
  • Əmək haqqı: 800 AZN

Namizədə tələblər:

  • Təhsil:  Ali təhsil;
  • Tələb olunan iş təcrübəsi: Müvafiq sahə üzrə ən azı 2 il təcrübə; 
  • Dil bacarığı: Azərbaycan dilində səlis danışmaq və yazmaq bacarığı;
  • Kompüter bacarığı: MS Office və 1 C proqramı üzrə biliklər.

Digər tələblər:

  • Dəqiqlik və detallara fikir vermək qabiliyyəti;
  • Komandada işləmək bacarığı.

Vəzifə öhdəlikləri:

  • Mal-materialların anbara qəbulu, çəkilməsi, mühafizəsi və müxtəlif materialların anbardan buraxılmasını təmin etmək;
  • Qəbul olunmuş maddi sərvətlərin müşayiətedici sənədlərə uyğunluğunu yoxlamaq;
  • Materialları mühafizə olunan yerə aparmaq və eyni zamanda görünüşü, keyfiyyəti, təyinatı və başqa əlamətlərinə görə çeşidlərə ayırmaq;
  • Mal-materialların saxlanma şəraitinə nəzarət etmək;
  • Mal-materialların xarab olması və itkilərin qarşısını almaq məqsədi ilə mühafizəsini təşkil və təmin etmək;
  • Mühafizə olunan materialların, çeşidlərin və növlərin nomenklaturasını, onların xassələrini və təyinatını, iş alətlərinin, cihazlarının quruluşunu və onların işə yararlığının yoxlanılmasını təmin etmək;
  • Mal-materialın boşaldılması, yüklənməsi və anbarda saxlanılması zamanı qorunmasını təmin etmək;
  • Yükləmə, boşaltma və anbar daxilində yüklərin yerləşdirilməsi işinə rəhbərlik etmək;
  • Anbarda qorunub saxlanan materialların hərəkəti ilə əlaqədar hesabat sənədlərini arxivləşdirmək;
  • İnventarlaşdırmanın aparılmasında iştirak etmək.

Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini məktubun mövzu hissəsində “Gəncə şəhəri-Anbardar” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur.Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.

Oxşar vakansiyalar

: