AF
Aylıq maaş
₼900+
- Kateqoriya
- Logistika
Vəzifə haqqında
“Azprotein Foods Group” MMC “Anbardar” vəzifəsi üzrə vakansiya elan edir.
Namizədə tələblər:
- Orta ixtisas və ya ali təhsil;
- Anbardar vəzifəsində minimum 3-5 il iş təcrübəsi;
- Anbar uçotu və sənədləşmə qaydaları üzrə biliklər;
- MS Office proqramlarından istifadə bacarığı;
- 1C programında işləmə bacarığı
- Məsuliyyətli, diqqətli və operativ olmaq;
- Komandada işləmək bacarığı;
Vəzifə öhdəlikləri:
- Xammal və digər mal-materialların anbara qəbulunu, saxlanılmasını və təhvil verilməsini təmin etmək;
- Anbara daxil olan məhsulların düzgün yerləşdirilməsini və saxlanılmasını təşkil etmək;
- Anbar qalığının uçotunu aparmaq və müvafiq qeydiyyatları həyata keçirmək;
- Malların yüklənməsi və boşaldılması proseslərinə nəzarət etmək;
- Anbar daxilində mal-materialların hərəkətini izləmək və qeydiyyata almaq;
- Müəyyən edilmiş qrafikə uyğun inventarizasiya və sayım işlərində iştirak etmək;
- Anbarda səliqə-sahmanın və təhlükəsiz iş mühitinin təmin edilməsinə nəzarət etmək;
- Anbar əməliyyatları ilə bağlı hesabat və məlumatların hazırlanmasında iştirak etmək.
İş şəraiti
- Əmək haqqı: 900-1100 manat
- İş qrafiki: 6 günlük
- Servis (Koroğlu metrosundan) və nahar şirkət tərəfindən təmin edilir.
- Müəssisə Buzovna qəsəbəsində yerləşdiyi üçün yaxın ərazidə qalan namizədlərə üstünlük veriləcəkdir
Müraciət edilən vakansiyanın adı qeyd olunmaqla CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərmələri və ya +994 50 265 48 98 nömrəsinin WhatsApp-na göndərmələri xahiş olunur.