OpenOptix Anbardar
20 saat əvvəl yerləşdirilib Mənbə: jobsearch.az ↗
Kateqoriya Logistika
Vəzifə haqqında
Vəzifə və öhdəliklər
- Anbar fəaliyyətlərinin gündəlik idarə olunmasını və koordinasiyasını həyata keçirmək
- Xammal, yarımfabrikat və hazır məhsulların qəbulunu, saxlanmasını və buraxılışını nəzarətdə saxlamaq
- Inventar uçotunun düzgün aparılmasını təmin etmək və sistemdə məlumatların dəqiqliyinə nəzarət etmək
- Mütəmadi inventar yoxlamaları təşkil etmək və nəticələri təhlil etmək
- Uyğunsuzluqları (çatışmazlıq, artıq qalıq və s.) araşdırmaq və aradan qaldırılması üçün tədbirlər görmək
- Anbar sahəsinin səmərəli təşkilini təmin etmək (yerləşdirmə, zonalaşdırma və s.)
- Materialların düzgün saxlanma şəraitinə və təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət etmək
- Anbar proseslərini optimallaşdırmaq və səmərəliliyi artırmaq üçün təkliflər vermək
- İstehsalat, satınalma və logistika komandaları ilə koordinasiyalı işləmək
- Hesabatların hazırlanmasını və rəhbərliyə təqdim edilməsini təmin etmək
- ERP və ya digər sistemlərdə inventar məlumatlarının düzgün idarə olunmasını təmin etmək
- İş təlimatlarına (SOP) və daxili prosedurlara riayət olunmasına nəzarət etmək
- Təhlükəsizlik, əməyin mühafizəsi və yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasını təmin etmək.
- Vəzifə funksiyaları çərçivəsində rəhbər tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək
Tələblər
- Təhsil: Minimum orta təhsil (və ya daha yüksək)
- Təcrübə: Təcrübə arzuolunandır, lakin tələb olunmur (təlim təmin ediləcək)
- İnventar idarəetmə sistemləri və MS Excel proqramı ilə işləmə təcrübəsi olan namizədlərə üstünlük verilir
- Texniki təlimatları (SOP) oxuma, anlama və tətbiq etmə bacarığı
Dil bilikləri:
- Azərbaycan dili – mütləq
- Digər xarici dilləri bilmək üstünlük hesab olunur, lakin tələb olunmur
Səriştələr:
- Güclü təşkilatçılıq və planlama bacarıqları
- Analitik düşünmə və problemlərin həlli bacarığı
- Qərarvermə və prioritetləşdirmə qabiliyyəti
- Yüksək məsuliyyət hissi və nəticəyönümlü yanaşma
- Effektiv ünsiyyət və komanda ilə əməkdaşlıq bacarığı
- Dəqiqlik və detallara diət (xüsusilə inventar idarəetməsində)
- Stress altında işləmə və dəyişikliklərə uyğunlaşma bacarığı
- Vaxtın effektiv idarə olunması və çoxsaylı tapşırıqların koordinasiyası
İmkanlar və Əlavə Qeydlər
- Könüllü tibbi sığorta
- Karyera inkişafı və peşəkar təlim imkanları
- Beynəlxalq texnologiya tərəfdaşları ilə işləmək imkanı
- İrimiqyaslı istehsalat və texnologiya layihələrində iştirak
- Təşəbbüs və innovativ ideyalara dəstək
- 5 günlük iş qrafiki (09:00–18:00)
- İş yeri: istehsalat sahəsi
Cari vakansiyanın “adını” e-poçtun Mövzu/Subject bölməsində qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına CV göndərməklə müraciət edə bilərsiniz.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

OpenOptix
Emal sənayesi
OpenOptix Azərbaycanda optik transceiver (SFP) istehsalı sahəsində fəaliyyət göstərən ilk ixtisaslaşmış istehsal müəssisəsidir. Şirkətimiz telekommunikasiya və data mərkəzləri üçün optik həllərin…