Business Service Centre LTDBusiness Service Centre LTD

Anbardar

15 saat əvvəl yerləşdirilib Mənbə
Logistika
Aylıq maaş
Maaş göstərilməyib
Son müraciət tarixi
31 iyul 2026
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

Gəncə şəhərində servis mərkəzinə anbardar vəzifəsinə namizəd axtarışındayıq.

Vəzifə öhdəlikləri:

  • Anbarın gündəlik idarə edilməsi: materialların, alətlərin və ehtiyat hissələrinin düzgün saxlanılması və izlənməsi.
  • Malların qəbul edilməsi, yerləşdirilməsiehtiyatların yoxlanılması.
  • Malların uçotu və anbarın inventarizasiyası: materialların sayı və keyfiyyəti haqqında məlumatın daim yenilənməsi.
  • Əməliyyatlar üçün lazım olan materialların təmin edilməsi: tələb olunan ehtiyatların sifarişi və çatdırılmasına nəzarət etmək.
  • Anbarın səliqəli və təmiz saxlanması: materialların düzgün şəkildə yerləşdirilməsi və təhlükəsizlik qaydalarına riayət edilməsi.
  • Malların daşınması və qəbulu zamanı düzgün prosedurların izlənməsi.
  • Nasazlıq və itki olduqda dərhal rəhbərliyə məlumat verilməsi.

Tələb olunan bacarıqlar və təcrübə:

  • Anbar idarəetməsi sahəsində təcrübə.
  • Dil bilikləri: ingilis dili, rus dili
  • İnventarizasiya və ehtiyatların idarə edilməsi barədə biliklər.
  • 1Cofis proqramları ilə işləmə bacarığı.
  • Yüksək təşkilatçılıqkomanda idarəetmə bacarıqları.

İş şəraiti:

  • Əmək qanunvericiliyinə uyğun münasibətlərin rəsmiləşdirilməsi.
  • Əmək haqqı müsahibə zamanı təcrübə və bacarıqlara əsasən təyin ediləcək.

Vakansiya ilə bağlı müraciət üçün əlavə CV formasını e-mail vasitəsilə mövzu yerinə “Anbardar” yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur. 

Business Service Centre LTD
Business Service Centre LTD
Peşəkar, elmi və texniki fəaliyyətlər

“BSC Group” məhz bu dəyərlərə verdiyi önəmi sayəsində 1997-ci ildən hüquq, maliyyə, mühasibatlıq və insan resurları xidmətləri ilə Azərbaycanda ən tanınmış brend şirkətlərin etibarını qazanmışdır.…

Oxşar vakansiyalar

Hamısına bax
Müraciət et