Anbardar köməkçisi
14 saat əvvəl yerləşdirilib Mənbə ↗
Kateqoriya Logistika
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
Vəzifə funksiyaları:
- Anbar müdirinin tapşırıqlarına uyğun olaraq gündəlik çeşidləmə və yığım işlərini həyata keçirmək;
- Məhsulların mədaxili zamanı qaiməyə uyğun olaraq say baxımından düzgün qəbul olunmasına kömək etmək;
- Məhsulların anbar daxilində düzgün yerləşdirilməsi və standartlara uyğun saxlanılmasına əməl etmək;
- Qaimədəki məhsulların yığılması zamanı istifadə müddətinə və öncəlikli yığım (FİFO) prinsiplərinə riayət etmək;
- Gündəlik olaraq məhsulların istifadə müddəti və saxlanılma şəraitinə nəzarət etmək;
- Məhsulların qutulara və konteynerlərə təhlükəsiz şəkildə yığılmasını təmin etmək;
- Filiallardan gələn iadələrin qəbulunda, çeşidlənməsində və təhvil verilməsində iştirak etmək;
- Sistem üzrə yerdəyişmə və yığım proseslərində anbar müdirinə dəstək olmaq;
- Məhsulların zədələnmədən daşınması, yüklənməsi və boşaldılması işlərini yerinə yetirmək.
İş şəraiti:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə
- İş qrafiki: 6 günlük iş həftəsi
- Əmək haqqı: 600 AZN
Tələblər:
- Orta təhsil
- Anbar sistemi və tikinti sahəsində iş təcrübəsi
- Fiziki işlərdə işləmək bacarığı
- İşə vaxtında gəlmək və tapşırıqları dürüst yerinə yetirmək;
- Kollektivlə işləmə bacarığı və verilən təlimatları tez qavramaq;
- Yaş həddi: 25-35.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Əlaqə: 0512251598
Zeytun Pharmaceuticals
Topdansatış və pərakəndə ticarət
“Zeytun Pharmaceuticals” MMC - 09 oktyabr 2014-cü ildə təsis edilmişdir. Ölkə hüdudları üzrə 1200-dən çox apteklərə sahib olan “Zeytun Pharmaceuticals” MMC geniş bir şəbəkəyə malik olmaqla yanaşı…