BA Buta AgroButa Agro

Anbardar köməkçisi (Zirə)

14 saat əvvəl yerləşdirilib Mənbə
Logistika
Aylıq maaş
₼800+
Son müraciət tarixi
27 avqust 2026
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

Təcili olaraq aşağıdakı şərtlər üzrə “Anbardar köməkçisi” (Zirə) tələb olunur.

İş şəraiti

  • İş yeri: Bakı, Zirə qəsəbəsi (Zirə, Qala, Maştağa, Binə qəsəbəsində yaşayanlara üstünlük verilir)
  • İş saatı: Həftədə 6 gün həftəlik 40 saat olmaqla
  • Əmək haqqı: 800-1100 NET 

Vəzifə öhdəlikləri

  • Anbara daxil olan malların qəbulu, boşaldılması, çeşidlənməsi və yerləşdirilməsi;
  • Yükləri anbara qəbul edərkən, yüklərin faktiki miqdarını, eləcə də məhsulun vəziyyətini yoxlamaq;
  • Anbara verilən sorğuları vaxtı-vaxtında və tam şəkildə cavablandırmaq;
  • Sifariş tələbi əsasında anbardan mal çıxışını təmin etmək;
  • Malların anbara səliqəli və müvafiq qaydalara uyğun şəkildə yığılmasını təmin etmək;
  • Malların təhlükəsizliyindən cavabdeh daşımaq;
  • Məsuliyyətində olan bütün anbarların təmiz, səliqəli və nizamlı saxlanmasını təmin etmək.

İş təcrübəsi

  • Vəzifə üzrə təcrübə üstünlükdür. 

Bacarıq və səriştələr

  • Ms. Office programları, Excell orta səviyyədə.
  • Komandada işləmək bacarığı;
  • Məsuliyyətlilik;

Təminatlar

  • Koroğlu metrosundan iş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma; 
  • Nahar təmin edilir.

Xahiş olunur tələblərə tam uyğun olan namizədlər müraciət etsin.

Zəhmət olmasa CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.

CV-ləri göndərərkən başlıq yerinə “Anbardar köməkçisi (zirə)” qeyd etməyi unutmayın.

BA Buta Agro
Buta Agro

Buta Agroya, Azərbaycanda premium dərəcəli istixana pomidorlarının, kartofun, soğanın və sarımsağın ən böyük istehsalçılarından birinə, xoş gəlmisiniz. Bizim şirkətlərimizdən biri, "Aztomato"…

Oxşar vakansiyalar

Hamısına bax