Uğur İndustry MMCUğur İndustry MMC

Anbardar (nəqliyyat sahəsi üzrə)

3 həftə əvvəl yerləşdirilib Mənbə: azvak.az ↗
Logistika
Aylıq maaş
Maaş göstərilməyib
Son müraciət tarixi
3 iyul 2026

Vəzifə haqqında

İş yeri: Xırdalan şəhəri

Namizədə tələblər:

  • Müvafiq sahə üzrə ali təhsil (maliyyə, mühasibat uçotu, iqtisadiyyat);

  • MS Office proqramları (Excel/Word, Outlook-la praktik işləmə bacarığı);

  • Diqqətli, çevik və məsuliyyətli olmalı;

  • Təhlil və analiz etmə qabiliyyətli olmalı;

Əsas vəzifə öhdəlikləri:

  • Nəqliyyat şöbəsi üçün tələb olunan ehtiyyat hissələrinin, yanacaq və sürtkü materiallarının anbar sifarişinin hazırlanması;

  • Nəqliyyat şöbəsinin ehtiyyat hissə anbarına daxil olmuş ehtiyyat hissələrinin, yanacaq və sürtkü materiallarının mədaxil və məxaric olunması;

  • Mədaxil və məxaric sənədlərinin mühafizədə qeydiyyatdan keçirilməsi;

  • Mal-material kodu üzrə səhv göndərilmiş mal-materialın anbardan məxaric edilməsi;

  • Nəqliyyat şöbəsinə məxsus anbarda mal-materialların kodlar üzrə yerləşdirilməsi;

  • İstifadə edilmiş ehtiyyat hissələrinin, köhnə ehtiyyat hissə anbarına yığılması;

  • Məlumatların proqram bazasına daxil edilməsi;

  • Sistemdən yararsız mal-materialların rəhbərliyin icazəsi əsasında  silinməsinin həyata keçirilməsi;

  • Hesabat sənədlərinin düzgün tərtib olunmasının və tərkibində olan məlumatların doğruluğunun təmin edilməsi;

  • Rəhbərliyin tələb etdiyi forma və müddətlərdə hesabatların hazırlanması və təqdim edilməsi;

  • Anbarda əməyin mühafizəsi, yanğından mühafizə qaydalarına riayət edilməsinin təmin edilməsi;

  • Vəzifəsindən irəli gələn digər işlərin yerinə yetirilməsi;

Təminatlar:

  • Nahar ilə təmin edilir.

  • İş yerinə servislə çatdırılır (Bakı və Sumqayıt şəhərlərindən).

  • Korporativ nömrə ilə təmin edilir.

  • Əmək haqqı: Xalis: 800-1000 AZN

Göstərilən tələblərə cavab verən namizədlər CV-lərinin mövzu yerinə “Anbardar (nəqliyyat sahəsi üzrə)” yazaraq [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Uğur İndustry MMC
Uğur İndustry MMC

Oxşar vakansiyalar

Hamısına bax