OMŞ
OBA marketlər şəbəkəsi
Anbarlar üzrə Keyfiyyətə Nəzarət üzrə mütəxəssis (MDM)
14 saat əvvəl yerləşdirilib Mənbə: jobsearch.az ↗
Aylıq maaş
Maaş razılaşma yolu ilə
- Kateqoriya
- Logistika
Vəzifə haqqında
Təsvir
- Anbara daxil olan məhsulların keyfiyyət və orqanoleptik göstəricilərini, etiket məlumatlarını və daşınma şəraitini yoxlamaq
- Qəbul edilən məhsulların qanunvericiliklə müəyyən edilmiş sertifikatlara uyğunluğunu yoxlamaq
- Tələb olunan nümunələri hazırlamaq və təhvil vermək
- Anbar ərazisində təsdiq olunmuş plana uyğun olaraq keyfiyyət yoxlamalarını həyata keçirmək
- Yoxlamaların nəticələrinə əsasən hesabatlar hazırlamaq və təqdim etmək
- Personalın gigiyena tələblərinə əməl etməsinə nəzarət etmək
- Standartlara uyğunluğun və mövcud keyfiyyət sistemlərinin tətbiqinə nəzarət etmək
Tələblər
- Ali təhsil (Standartlaşdırma və sertifikasiya, qida mühəndisliyi, kimya, kimya mühəndisliyi, qida məhsullarının ekspertizası, qida təhlükəsizliyi və ya qida məhsullarının texnologiyası ixtisasları üzrə)
- Keyfiyyətə nəzarət, qida təhlükəsizliyi və ya anbar prosesləri üzrə minimum 1 il iş təcrübəsi
- Qida təhlükəsizliyi standartları və normativ sənədlər (HACCP, ISO və s.) üzrə əsas biliklərin olması üstünlük
- Microsoft Office proqramları (Word, Excel, Outlook) üzrə biliklər
- Analitik düşünmə və problem həll etmə bacarığı
- Ünsiyyət və komanda ilə işləmə bacarığı
- İş qrafiki: 5 günlük (gecə və gündüz növbəli)
Vakansiya növü - Tam ştat
İmtiyazlar
- Nahar təminatı
- Servislə təmin olunur
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.