İVR İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyiİnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi

Android (Jetpack Compose) üzrə Middle Developer

Bakı 2 ay əvvəl yerləşdirilib Mənbə
Tam ştat İnformasiya texnologiyaları
Aylıq maaş
Maaş göstərilməyib
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

Təsvir

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ölkənin rəqəmsal transformasiya strategiyasına uyğun olaraq, dövlət xidmətlərinin mobil platformalar üzərindən ən yüksək texnoloji standartlarla təqdim edilməsi və ekosistemin rəqabətqabiliyyətli həllərlə təmin olunması məqsədilə Android (Jetpack Compose) üzrə Middle Developer vakansiyasını elan edir.

 

Vəzifənin əsas hədəfi:

  • Kotlin və Jetpack Compose istifadə edərək Android tətbiqlərin hazırlanması;
  • Mövcud arxitektura prinsiplərinə riayət etməklə kod bazasının dayanıqlılığının təmin edilməsi;
  • Süni intellekt (AI) alətlərinin proqramlaşdırma prosesində istifadə edilməsi;
  • Git versiya idarəetmə sistemindən istifadə edərək kod versiyalarının idarə edilməsi;
  • Proqram təminatının dayanıqlılığının təmin olunması;
  • Məhsul sahibləri, İT Biznes analiklər, Dizaynerlər və digər krosfunksional komandalarla əməkdaşlıq edilməsi;
  • Komanda daxilində texnoloji trendlərin müəyyən edilməsini və yeniliklərin aktiv izlənilməsi

Tələblər

Biznes və ümumi bacarıqlar:

  • Android sahəsində ən azı 2 il real iş təcrübəsi;
  • Texniki tapşırıqları vaxtında və keyfiyyətlə icra etmək bacarığı;
  • Texniki həllərin biznes hədəflərinə və istifadəçi ehtiyaclarına (UX) necə təsir etdiyini anlamaq və dəyər qatmaq bacarığı
  • Krosfunksional komandalar (dizayn, product, backend) ilə effektiv ünsiyyət və Agile metodologiyaları ilə çevik inkişaf proseslərinə töhfə
  • Problemlərin analitik təhlili


Texniki bacarıqlar:

  • Kotlin dilində peşəkar bilik;
  • Jetpack Compose ilə UI qurulmasında təcrübə;
  • Proqramlaşdırma prosesində Süni İntelekt (AI) alətlərindən (Gemini, Apple Intelegence, Calude Code, GitHub Copilot, Cursor, ChatGPT və s.) effektiv istifadə edərək iş məhsuldarlığını artırmaq bacarığı;
  • MVVM arxitekturaları ilə işləmə bacarığı;
  • Kotlin Coroutines və Flow vasitəsilə asinxron əməliyyatların idarə edilməsi;
  • Hilt ilə iş təcrübəsi;
  • Retrofit vasitəsilə REST API-lərlə inteqrasiya bacarığı;
  • Git alətləri ilə işləmə bacarığı;
  • Postman və digər API test alətləri ilə iş təcrübəsi;
  • Dizayn patternləri üzrə güclü bilik;
  • OOP və SOLID prinsipləri əsasında təmiz və optimallaşdırılmış kod yazmaq bacarığı, və bu prinsiplərin dərin anlayışı.


Üstünlük verilir:

  • Unit testlərin və UI testlərin yazılması təcrübəsi;
  • Room ilə işləmək bacarığı;
  • OpenTelemetry və ya Elastic APM kimi monitorinq alətləri ilə tanışlıq;
  • CI/CD (GitLab runner, Fastlane) prosesləri haqqında ilkin məlumat;
  • Firebase ilə işləmə bacarığı.
İVR İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi
Dövlət idarəetməsi və müdafiə

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 oktyabr 2021-ci il tarixli Fərmanına əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin…

Oxşar vakansiyalar

Hamısına bax
Müraciət et