Aparıcı Mühasib
Vəzifə haqqında
Əsas Tələblər:
Maliyyə, Mühasibat uçotu və ya İqtisadiyyat üzrə ali təhsil;
Mühasibatlıq sahəsində minimum 3-5 il, Aparıcı və ya Baş mühasib kimi isə ən azı 2 il iş təcrübəsi (Tikinti/daşınmaz əmlak sektoru və layihə uçotu təcrübəsi üstünlükdür).
ACCA F3, ACCA F7 və PMS II (Peşəkar Mühasib Sertifikatı – II mərhələ).
AR Vergi Məcəlləsi və BMHS üzrə yüksək səviyyədə biliklər, ERP sistemləri (Logo Tiger üstünlükdür) və MS Excel proqramını peşəkar idarəetmə bacarığı
Yüksek analitik düşünmə, detallara diqqət, komandada işləmək bacarığı və gərgin iş rejimində son tarixlərlə (deadline) işləmək qabiliyyəti:
Əsas Vəzifə Öhdəlikləri:
Şirkət üzrə bütün maliyyə və təsərrüfat əməliyyatlarının ERP sistemində düzgün və vaxtında uçota alınmasını təmin etmək;
Vergi bəyannamələrinin, DSMF, Statistika, Məşğulluq hesabatlarının hazırlanması və Elektron Vergi Portalı üzərindən əməliyyatların icrası.
Aylıq, rüblük və illik maliyyə hesabatlarının (Balans, M&Z, PHH) və rəhbərlik üçün idarəetmə hesabatlarının hazırlanması.
Tikinti layihələri üzrə xərclərin təsnifatı, podratçı hesablaşmaları və kapital qoyuluşlarının (CAPEX) uçotunun aparılması.
Daxili və xarici auditlər zamanı tələb olunan sənədlərin hazırlanması, proseslərin optimallaşdırılması və ERP sisteminin təkmilləşdirilməsi.
Vergi və digər dövlət yoxlamaları zamanı tələb olunan sənəd və məlumatları hazırlamaq;
Əsas vəsaitlərin, qeyri-maddi aktivlərin və material ehtiyatlarının uçotunu təmin etmək;
Balans, Mənfəət və Zərər Hesabatı, Pul Vəsaitlərinin Hərəkəti Hesabatı və digər maliyyə hesabatlarını tərtib etmək;
Layihələr üzrə xərclərin düzgün təsnifatını və layihələr üzrə uçotunu aparmaq;
Peşəkar bilik və bacarıqlar:
Azərbaycan Respublikasının Vergi Məcəlləsini yüksək səviyyədə bilmək;
Əmək qanunvericiliyinin mühasibat uçotu ilə bağlı hissələrini bilmək;
BMHS/BMUS üzrə biliklərə malik olmaq;
Vergi, DSMF, Statistika və digər dövlət hesabatlarının hazırlanması üzrə praktiki təcrübə;
Layihə uçotu, CAPEX uçotu və əsas vəsaitlərin uçotu üzrə biliklər;
İş Şərtləri
İş məkanı: Azure Plaza
Əmək haqqı: 2000-2500 Azn
Beynəlxalq Sertifikatların aalınmasında tam maddı dəstək
İş rejimi: 5 gün (Həftəiçi)
Nahar: Təmin edilir
Servis xidməti Mövcuddur
Karyerasını bizimlə davam etdirmək istəyən namizədlər mövzu hissəsində “Aparıcı Mühasib” qeyd etməklə öz CV-formalarını [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
“Veysəloğlu” MMC fəaliyyətinə 1994-cü ildə Türkiyədən qida məhsullarının idxalı ilə başlayıb və Veysəloğlu Şirkətlər Qrupunun təməli bu şirkət ilə qurulub. 1997-ci ildən etibarən şirkət öz…