YA Yalama Agropark MMCYalama Agropark MMC

Aqronom-Qəbələ Aqropark/Ağsu təsərrüfatı

Ağsu 4 saat əvvəl yerləşdirilib Mənbə
Tam ştat Təcrübəsiz Kənd təsərrüfatı
Aylıq maaş
Maaş göstərilməyib
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

Təsvir

  • Torpağın hazırlanması, gübrələmə, toxum səpilməsi, çiləmə, becərmə və məhsul yığımı proseslərinin şirkət standartlarına uyğun icrasına nəzarət etmək;
  • Bitkilərin inkişafını izləmək, məhsuldarlığın artırılması məqsədilə aqrotexniki tədbirlərin həyata keçirilməsində iştirak etmək;
  • Zərərvericilər və bitki xəstəliklərinə qarşı mübarizə tədbirlərinin planlaşdırılması və icrasında dəstək göstərmək;
  • Torpağın tərkibi, qida maddələrinin səviyyəsi və məhsuldarlıq göstəriciləri üzrə məlumat toplamaq, təhlil etmək və müvafiq tövsiyələrin hazırlanmasına dəstək vermək;
  • Sahələrdə müntəzəm monitorinqlər aparmaq, müşahidələri qeydiyyata almaq və rəhbərliyə hesabat təqdim etmək;
  • Toxum, gübrə və bitki mühafizə vasitələrinin düzgün saxlanılması və istifadəsinə nəzarət etmək.

Tələblər

  • Aqronomiya və ya müvafiq sahə üzrə ali təhsil;
  • Aqronom və ya Kiçik Aqronom vəzifəsində minimum 1 il iş təcrübəsi;
  • Azərbaycan dilini səlis bilmək, ingilis dili biliyi üstünlükdür;
  • MS Office proqramlarında (Word, Excel, PowerPoint) işləmək bacarığı;
  • Operativ, məsuliyyətli və diqqətli olmaq;
  • Komandada effektiv işləmək bacarığı;
  • BC kateqoriyalı sürücülük vəsiqəsi.

Əlavə qeyd:

  • İş yerinə nəqliyyat ilə təminat;
  • Yerləşmə (yaşayış) ilə təminat.


YA Yalama Agropark MMC
Yalama Agropark MMC

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Xaçmaz rayonunun Yalama qəsəbəsində 523 ha torpaq sahəsində “Yalama Aqropark”ın yaradılmışdır. Aqropark daxilində…

Oxşar vakansiyalar

Hamısına bax
Müraciət et