Baku Agro Park Avtokar operatoru
Vəzifə haqqında
Bakı şəhərinin Zirə qəsəbəsində yerləşən "Baku Agropark" MMC-yə təcrübəli Avtokar operatoru axtarılır.
İş şəraiti:
6 günlük qrafiki;
İş yeri: Bakı şəhəri, Zirə qəsəbəsi;
İş yerinə gediş-gəliş servislə təmin olunur;
Nahar şirkət tərəfindən təmin olunur;
Əmək haqqı: 750 AZN (NET).
Tələblər:
Sürücülük vəsiqəsi
Müvafiq texnikanı idarə etmək üçün sertifikat (vəsiqə);
Avtokar operatoru kimi minimum 3 il iş təcrübəsi
Yaş həddi: 20-50 yaş;
Vəzifə öhtəlikləri:
Təhlükəsizlik qaydalarına riayət edərək daşımaları yerinə yetirmək;
Mövcud nəqliyyat vasitələrini müəyyən edilmiş yerlərdə yükləmək və boşaltmaq;
Xammalı və digər materialların saxlama anbarları, istehsal xətləri və maşınlara daşımaq;
Təhlükəli və təhlükəsiz materialların daşıması zamanı müəyyən olunmuş təhlükəsizlik qaydalarına riayət etmək;
Təhkim edilmiş nəqliyyatı işlək və təmiz vəziyyətdə saxlamaq, istifadədən öncə nəqliyyata vizual baxış keçirmək, aşkar etdiyi bütün nasazlıqlar haqqında Texniki işlər üzrə Sahə rəisinə məlumat vermək;
Texnikada aşkarlanan kiçik texniki problemləri aradan qaldırmaq;
Birbaşa rəhbəri tərəfindən verilən digər tapşırıqların icrasını yerinə yetirmək.
Cəmiyyət tərəfindən qəbul olunmuş daxili əmək intizamı qaydalarını yerinə yetirmək;
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Avtokar operatoru” qeyd edərək CV-nizi [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur.
