Tamstore Marketlər Şəbəkəsi Avtokar sürücüsü
Vəzifə haqqında
Tamstore Meyvəli Anbarında vakansiya: Avtokar sürücüsü tələb olunur
Vəzifə öhdəlikləri:
– Gələn məhsulların aidiyyatı anbarlara boşaldılması və anbar içindəki müəyyən edilmiş yerlərə yerləşdirmək;
– Yüklənmə üçün qapılara yaxınlaşmış maşınlara məhsulları daşımaq;
– Sahələrin ehtiyacı olan məhsul və ləvazimatların anbardan sahələrə daşımaq;
– Anbar daxili tənzimləmələr zamanı məhsul yerdəyişmələrini yerinə yetirmək;
– Anbar daxilində lazımsız tullantıların lazımi nöktələrə daşımaq və maşınlara yükləmək;
– Soyuq hava anbarında məhsulların elektrikli avtokar vasitəsi ilə maşınlara yükləmək;
– Dizel vasitəsi ilə işləyən avtokarın yanacaq miqdarını kontrol etmək və lazımi yanacaq miqdarını əlavə etmək;
– Avtokarla işə başlamadan əvvəl (yağ,su,yanacaq,elektrik və s.) yoxlamaq;
– Məhsulların sağlam və düzgün şəkildə rəflərə yerləşdirmək;
– Anbar qeydiyyatçıları tərəfindən müəyyən edilmiş qapılara məhsulları gətirmək;
– Avtokarda yaranan texniki problem zamanı çilingər sazlayıcıya məlumat vermək;
– Yükləmələr vaxtı və ümumiyyətlə iş vaxtı əməyin texniki təhlükəsizlik qaydalarına riayət etmək;
– İş sonunda avtokarı təmizlədikdən sonra aidiyyatı saxlama yerlərinə aparmaq.
Namizədlərə tələblər:
– Təhsil: Ali təhsil önəmli deyil
– İş təcrübəsi: 1 il
– Avtokar sürməyi serftikat
İş şərtləri:
– İş qrafiki: 6 günlük iş həftəsi
– İş vaxtı: 08:00-17:00, 12:00-21:00, 21:00-06:00
– İş yeri: TamStore Meyvəli Anbar
– Nahar şirkət tərəfindən qarşılanır
Əmək haqqı:
– Başlanğıc aylıq məvacib 750 manat təşkil edir
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Müraciət üçün:
– Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Avtokar sürücüsü” yazaraq (099)200-65-66 whatsapp nömrəsinə göndərmələri xahiş olunur.
- Diqqət:
1. Yalnız vakansiya tələblərinə uyğun olan namizədlərə geri dönüş olunacaq
2. Yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq
3. Zəng üzərindən müraciətlər qəbul olunmur
4. Tələbələr və Part-time iş axtaranlar üçün uyğun deyil
