AHY "Azərbaycan Hava Yolları" QSC"Azərbaycan Hava Yolları" QSC

“AzalOil” idarəsi / YSM qəbulu, uçotu və keyfiyyətinə nəzarət üzrə texnik

Bakı 2 saat əvvəl yerləşdirilib Mənbə
Tam ştat Mühəndislik
Aylıq maaş
Maaş göstərilməyib
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

Təsvir

  • Yanacaq-sürtkü materiallarının və xüsusi mayelərin dəmir yolu sisternlərindən, çənlərdən və digər mənbələrdən qəbulunun müəyyən olunmuş qaydalara uyğun icrası;
  • Qəbul edilən, saxlanılan və buraxılan YSM və xüsusi mayelər üzrə uçotun aparılması və maddi məsuliyyətin təmin olunması;
  • YSM-nın qəbulu, saxlanması və buraxılması proseslərində keyfiyyət göstəricilərinə daimi nəzarətin həyata keçirilməsi;
  • Yanacaq və xüsusi mayelərdən nümunələrin götürülməsi və laboratoriyaya təqdim olunmasının təmin edilməsi;
  • Çənlərin, süzgəclərin, texnoloji avadanlıqların texniki vəziyyətinə nəzarət və aşkar edilmiş uyğunsuzluqlar barədə rəhbərliyə məlumat verilməsi;
  • Mədaxil-məxaric, keyfiyyətə nəzarət və hesabat sənədlərinin müəyyən olunmuş qaydada və vaxtında rəsmiləşdirilməsi;
  • Əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğın təhlükəsizliyi və istehsalat sanitariyası tələblərinə riayət olunmasının təmin edilməsi.

Tələblər

  • Təhsil səviyyəsi: Ali;
  • Müvafiq sahəsində minimum 1 il iş təcrübəsi;
  • Yüksək yazılı və şifahi ünsiyyət qurmaq (kommunikasiya) bacarığı;
  • Təqdimat bacarıqları;
  • Problemi həll etmə, analitik düşünmə, komanda ilə işləmə bacarığı;
  • Danışıqların aparılması bacarığı;
  • Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
  • Dəyişikliklərə uyğunlaşmaq bacarığı;
  • Microsoft Office proqramları (MS Word, PowerPoint, Excel – əla səviyyədə);
  • Dil bilikləri: Azərbaycan dili (yüksək), Ingilis dili ( yaxşı), Rus dili (yaxşı).

 

 

 

İş qrafiki:

  • Növbəli


 

İş yeri:

  • Heydər Əliyev Beynəlxalq Hava Limanı


AHY "Azərbaycan Hava Yolları" QSC
"Azərbaycan Hava Yolları" QSC

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti ölkənin mülki aviasiyası üzrə aparıcı qurumudur. Cəmiyyətin fəaliyyət istiqamətlərinə strateji planlaşdırma, beynəlxalq təhlükəsizlik və keyfiyyət…

Oxşar vakansiyalar

Hamısına bax
Müraciət et