B2B Satış mütəxəssisi
İş rejimi Tam ştat Kateqoriya Satış
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
Komandamıza enerjili, ünsiyyət bacarığı yüksək və satış sahəsində inkişaf etmək istəyən B2B Sales Specialist axtarırıq.
Vəzifə öhdəlikləri
- Yeni korporativ müştərilərin (Travel Agentlikləri, Turizm şirkətləri, Otellər, Hostellər və digər bizneslər) cəlb edilməsi
- Mövcud müştərilərlə münasibətlərin inkişaf etdirilməsi
- Gündəlik telefon zəngləri və görüşlərin təşkili
- E-mail və WhatsApp vasitəsilə şirkətlərlə əlaqələrin qurulması
- Satış təqdimatlarının keçirilməsi
- Müştərilərin ehtiyaclarını analiz edərək uyğun həllərin təqdim olunması
- Satış hədəflərinin yerinə yetirilməsi
- CRM sistemində müştəri məlumatlarının düzgün qeydiyyatı
- Müqavilə və əməkdaşlıq prosesinin koordinasiyası
Tələblər
- Ali və ya orta ixtisas təhsili
- Azərbaycan dilində sərbəst danışıq
- İngilis dili biliyi üstünlükdür
- Satış və ya müştəri xidmətləri sahəsində təcrübə üstünlükdür
- Güclü ünsiyyət və təqdimat bacarığı
- Danışıqlar aparmaq və müştərini inandırmaq bacarığı
- Məsuliyyətli və nəticəyönümlü olmaq
İş şəraiti
- Əmək haqqı: 500 AZN + KPI bonus sistemi
- Satış nəticələrinə əsasən əlavə bonuslar
- Karyera inkişafı və təlim imkanları
Biz nə təklif edirik?
- Sabit əmək haqqı
- Satış bonusları
- Peşəkar inkişaf imkanı
- Gənc və dinamik komanda
Daha çox Satış vakansiyaları üçün www.isbu.az saytına keçid edin.
A
Anonim