AD Agro-West DC MMCAgro-West DC MMC

Bağban

Bakı 2 həftə əvvəl yerləşdirilib Mənbə
Tam ştat 1 ildən az Kənd təsərrüfatı
Aylıq maaş
₼700+
Son müraciət tarixi
5 avqust 2026
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

Agro-West DC MMC-dən vakansiya: Bağban tələb olunur

Vəzifə öhdəlikləri:
– Yaşıllıq sahələrinin ümumi baxımı və təmizliyinin təmin edilməsi
– Qazonların mütəmadi sulanması, biçilməsi və təmizlənməsi
– Ağac və kolların ətrafının alaq otlarından təmizlənməsi
– Bitkilərin ümumi vəziyyətinə nəzarət və lazımi tədbirlərin görülməsi
– Əraziyə aid təmizlik işlərinin yerinə yetirilməsi
– Zərurət olduqda sadə texniki işlərin icrası (məsələn: qapıların tənzimlənməsi, işıq lampalarının dəyişdirilməsi və s.)

Namizədlərə tələblər:
– Təhsil: Vacib deyil
– İş təcrübəsi: Müvafiq sahədə iş təcrübəsi arzuolunandır
– Yaş həddi: 40 yaşdan yuxarı olmaq
– Fiziki cəhətdən sağlam və məsuliyyətli olmaq
– Texniki bacarıqlara malik olmaq üstünlükdür

İş şərtləri:
– İş qrafiki: 5 günlük iş həftəsi
– Nahar: Şirkət tərəfindən təmin olunur

Əmək haqqı:
– Başlanğıc aylıq məvacib 700 manat NET təşkil edir
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat

Müraciət üçün:
– Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Bağban” yazaraq [email protected] epoçt ünvanına ya da (099)500-56-58 whatsapp nömrəsinə göndərmələri xahiş olunur.
- Diqqət:
1. Yalnız vakansiya tələblərinə uyğun olan namizədlərə geri dönüş olunacaq
2. Yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq
3. Zəng üzərindən müraciətlər qəbul olunmur
4. Tələbələr və Part-time iş axtaranlar üçün uyğun deyil


AD Agro-West DC MMC
Agro-West DC MMC

Oxşar vakansiyalar

Hamısına bax