Barista
Vəzifə haqqında
VMF Kafe-dən vakansiya: Barista tələb olunur
Vəzifə öhdəlikləri:
– VMF Kafe standartlarına uyğun olaraq isti və soyuq kofelərin, kokteyllərin və digər içkilərin yüksək keyfiyyətlə hazırlanması və təqdim edilməsi
– Müştəri sifarişlərinin kassaya vurulması və ödənişlərin qəbul edilməsi
– Gündəlik və aylıq satış hesabatlarının dəqiq şəkildə hazırlanması və rəhbərliyə təqdim edilməsi
– Təchizatçı şirkətlər tərəfindən göndərilən məhsulların (xammal, qəhvə dənələri, süd və s.) qəbulu və qeydinin aparılması
– Qaydalara uyğun olaraq geri qaytarılan məhsulların qeydiyyatının aparılması
– Kafenin iş sahəsinin, kassa zonasının və satış vitrinin hər zaman təmiz, səliqəli və gigiyenik saxlanılması
– Şirkətin daxili nizam-intizam və xidmət qaydalarına tam riayət edilməsi.
Namizədlərə tələblər:
– Təhsil: Orta
– İş təcrübəsi: Müvafiq sahə (barista və ya kafe-restoran sektoru) üzrə minimum 6 ay iş təcrübəsi
– Cins: Bəy və Xanım namizədlər
– Yaş həddi: 20–30 arası namizədlər
– Dil bilikləri: Müştərilərlə peşəkar ünsiyyət qurmaq üçün səlis Azərbaycan dili (Rus dili biliyi üstünlükdür)
– Şəxsi keyfiyyətlər: Sürətli iş rejimində diqqətli, operativ və çevik hərəkət etmək bacarığı.
– Peşəkarlıq: Yüksək nizam-intizam, işinə qarşı məsuliyyət və dürüstlük.
İş şərtləri:
– İş qrafiki: 6 günlük iş həftəsi
– İş vaxtı: 09:00-dan 18:00-kimi
Əmək haqqı:
– Başlanğıc aylıq məvacib 450 manat GROSS təşkil edir (Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq)
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Müraciət üçün:
– Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “VMF Kafe Gəncə - Barista” yazaraq [email protected] epoçt ünvanına göndərmələri xahiş olunur.
- Diqqət:
1. Yalnız vakansiya tələblərinə uyğun olan namizədlərə geri dönüş olunacaq
2. Yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq
3. Zəng üzərindən müraciətlər qəbul olunmur
4. Tələbələr və Part-time iş axtaranlar üçün uyğun deyil